Keçmiş sosialist ölkələrinin çoxtərəfli iqtisadi əməkdaşlığı üzrə beynəlxalq hökumətlərarası təşkilat (1949); 05-08.1. Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, SSRİ və ÇSSR nümayəndələrinin Moskvada keçirilmiş iqtisadi müşavirəsinin qərarı ilə yaradılıb. 1950 ildə ADR, 1962 ildə, MXR. 1972 ildə Kuba Respublikası, 1978 ildə VSR QİYŞ-ə qoşulmuşlar. QİYŞ əməkdaşlıq barədə YSFR (1964), Finlandiya (1973), İraq (1975), Meksika (1975), Nikaraqua (1983) ilə sazişlər bağlamışdı. QİYŞ-in ali orqanı - Şuranın sessiyası bu təşkilatın üzvü olan bütün ölkələrdən təşkil olunmuş və bır qayda olaraq, hökumət başçıları tərəfindən idarə edilmişdi. SSRİ-nin dağılması və Şərqi Avropa ölkələrində totalitar rejimlərin çökməsi ilə QİYŞ öz mövcudluğuna son qoydu.