25X 1957 ildə doktrina olaraq Amerika-ingiltərə danışıqlarının nəticələri barədə Bəyannamədə təsbit edilmiş, NATO Şurası tərəfindən təqdir olunmuşdur.
Doktrina NATO iştirakçısı ölkələrinin əlbir səyilə sürətlə silahlanmaya rəvac verməyin, ələlxüsus ən yeni silah növlərini yaratmağın, Avropada NATO birləşmiş silahlı qüvvələrini möhkəmləndirməyin, qitədə ballistik raketlər, nüvə başlıqları anbarlarını yerləşdirməyin, habelə blok çərçivəsində siyasi məsələlər üzrə xüsusi məsləhətləşmə mexanizmi yaratmağın zəruriliyini əsaslandırmağa çağırır.