26.X-13.X1921. Qars konfransı (Beynəlxalq konfranslar) keçirilmişdi. Konfransda Azərbaycan hökumətini xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud Şaxtaxtin- skı. Ermənistan hökumətini Xalq xarici işlər komissarı Askanaz Mravyan, Xalq daxili işlər komissarı Loqas Maknisyan, Gürcüstan hökumətini Xalq hərbi və Dəniz işlər komissarı, Şalva Eliava, Xalq xarici işlər və maliyyə komissarı Aleksandr Svanidze, Türkiyə hökumətini Böyük Millət Məclisinin Ədirnəpoldan olan deputatı Kazım Qarabəkir Paşa, deputat Vəli bəy, keçmiş ictimai işlər naziri Muxtar bəy, Türkiyənin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Mahmud Şövkət bəy, Rusiyanı isə vasitəçi (Vasitəçilik) kimi Latviyadakı səlahiyyətli nümayəndə Yakov Qanetski təmsil etmişlər.
Qars müqaviləsi 13.X. 1921 ildə RSFS-in iştirakı ilə Azərbaycan, Gürcüstan və Ermənistanla Türkiyə arasında imzalanmışdı. Qars müqaviləsi 20 maddədən və 3 əlavədən ibarətdir. O, Türkiyə ilə Güney Qafqaz respublikaları arasında münasibətləri tənzimlədi. Qars müqaviləsinə görə Türkiyə Batumu Gürcüstana güzəştə getdi.