+3 səs
143 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Qarışmamaq prinsipi nədir?

1 cavab var:

0 səs
Müasir beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Dövlətlərin dinc yanaşı yaşaması və əməkdaşlığının mühüm şərtidir. Bu prinsipə görə heç bir dövlətin və ya dövlətlər qrupunun birbaşa və ya dolayı yolla digər dövlətin daxili və xarici işlərinə qarışmaq ixtiyarı yoxdur. Qarışmamaq prinsipi dövlətlərin suverenliyi və bərabər-hüquqluluğu prinsipindən irəli gəlir. Beynəlxalq münasibətlər təcrübəsində hər hansı dövlətin digər dövlətin bu və ya digər daxili hadisələrinə (inqilablara, vətəndaş müharibələrinə və s.) müdaxilə etməməsi qarışmamaq adlanır.
Qarışmamaq prinsipi XVIII əsrdə Fransa burjua inqilabı zamanı inqilabi burjuaziya tərəfindən irəli sürülmüşdü. Bu prinsip 1793 il Fransa Respublikasının konstitusiyasında əks olunmuşdu. Daha sonra Qarışmamaq prinsipi 1823 ildə «Monro doktrinasında» elan olunmuşdu. Rəsmi olaraq bu doktrina Müqəddəs ittifaqın Latın Amerikası ölkələrinə müdaxiləsinə qayrşı yönəlmişdi.
Müasir dövrdə Qarışmamaq prinsipi ikitərəfli və çoxtərəfli beynəlxalq sənədlərdə təsdiq olunmuşdur. BMT Nizamnaməsi, dövlətlərin daxili işlərinə qarışmağın, onların müstəqilliyinin və suverenliyinin məhdudlaşdırılmasının yolverilməzliyi haqda BMT-nin 1965 il Bəyannaməsi, BMT Nizamnaməsinə müvafiq olaraq dövlətlər arasında dostluq mnüasibətlə- rinə və əməkdaşlığa dair beynəlxalq hüquq prinsipləri haqda 1970 ıl Bəyannaməsi, Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirənin Yekun Aktı (Yekun aktı) bu sənədlərə aiddir.
Beynəlxalq hüquq prinsipləri haqda 1970 il Bəyannaməsində nəzərdə tutulur ki, dövlətin hüquqi subyektli- liyinə qarşı və ya onun siyasi, iqtisadı və mədəni əsaslarına qarşı yönəlmiş silahlı müdaxilə və digər qarışmaq formaları; zorakı yolla digər dövlətin quruluşunu dəyişdirmək məqsədi güdən silahlı müdaxilə və ya terror fəaliyyəti yolverilməzdir. Dövlətin digər bir dövlətin müdaxiləsi olmadan özünün iqtisadi, siyasi və sosial sistemini seçmək hüququ da Qarışmamaq prinsipinə aiddir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
...