+3 гол-в
117 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı 

1 Ответ

0 гол-в
от
 
Лучший ответ
25.IV.1992 on bir dövlət - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə, Ukrayna tərəfindən İstambulda yaradıldı. Təşkilatın yaradılmasında üzv ölkələr arasında ticarət, sənaye, bank və maliyyə, nəqliyyat, rabitə, kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək, şəxslərin və kapitalın sərbəst hərəkətini təmin etmək, vizasız (Viza) hərəkət rejimi yaratmaqdır.
Təşkilatın ali orqanı üzv ölkələrin xarici işlər nazirlərinin Şurasıdır. Şura altı aydan bir toplanır, onun sədri əlifba sırası ilə rotasiya qaydasında seçilir. Təşkilatın işinə operativ rəhbərliyi Katiblik həyata keçirir. Katibliyə üç ildən bir rotasiya qaydası ilə seçilən direktor başçılıq edir.
16-17.VI.1993 ildə Təşkilatın tərkibində Parlament məclisi yaradıldı. Parlament məclisinə iştirakçı ölkələrin parlamentlərinin üzvləri daxildir. Parlament Məclisi ildə iki dəfə sessiyaya toplaşır.
05.VI. 1998 ildə üzv ölkələrin dövlət və hökumət başçılarının Yalta sammitində təşkilatın Nizamnaməsi qəbul edildi. VI. 1999 ildə Qara Dəniz Ticarət və inkişaf Bankı təsis edildi.
Təşkilatın qərarları konsensus əsasında qəbul edilir.
Təşkilatın iqamətgahı istanbul şəhərindədir.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 04 Фев от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
+2 гол-в
1 ответ
спросил 11 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
+2 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
...