+3 голосов
95 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Qahirə konfransları

1 Ответ

0 голосов
от
1) 12- 24.111.1921 Fələstin, İraq və Transior-daniyada ingilislər əleyhinə baş vermiş üsyanlardan (1920-1921) sonra Böyük Britaniyanın ərəb ölkələri ilə münasibətlərini müəyyənləşdirmək üçün çağrılmışdır. Böyük Britaniyanın mandatı altında İraqda ərəb dövləti, Transi-ordaniyada ərəb əmirliyi yaratmaq, Fələstin, İraq və Transiordaniya üzərində nəzarətin gücləndirilməsində hərbi hava qüvvələrinin rolunun artırılması qərara alındı. Ərəb ölkələrində siyasəti əlaqələndirmək üçün Böyük Britaniyanın müstəmləkələr üzrə işlər nazirliyində xüsusi departament təsis edildi.

2) 22-26.XI.1943. ABŞ, Böyük Britaniya və Çinin dövlət başçılarının iştirakı ilə keçirilmişdir. Yaponiyaya qarşı hərbi əməliyyatlara və Uzaq Şərqdə müharibədən sonrakı dinc tənzimləməyə dair məsələlər müzakirə olundu. Yapon qoşunları tərəfindən Çinin ələ keçirilmiş ərazilərinin geri qaytarılması və Yaponiyanın işğal etdiyi bütün digər ərazilərin azad edilməsi barədə qərar qəbul edildi.

3) 2-7.XII.1943. ABŞ, Böyük Britaniya və Türkiyənin dövlət başçıları və xarici işlər nazirlərinin iştirakı ilə keçirilmişdir. 1944 ildə ABŞ və Böyük Britaniyanın əsas əməliyyat istiqamətləri müəyyənləşdirildi. Fransanın cənubunda və İtaliyada keçirilməsi nəzərdə tutulan əməliyyatlarda fransız silahlı qüvvələrindən istifadə prinsipləri təsdiq edildi. Birmaya qoşun çıxarılması planından imtina edilərək, Yaponiyaya qarşı əsas səyləri Sakit okean rayonunda cəmləşdirmək qərara alındı.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 17 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 16 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
1 ответ
спросил 09 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...