+3 гол-в
106 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Kvebek sazişi nədir?

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Atom bombası yaradılmasında əməkdaşlığa dair Amerika-ingiltərə məxfi sazişi; 1943 il Kvebek konfransının gedişində ABŞ prezidenti F. Ruzvelt (Ruzvelt Franklin Delano) və Britaniyanın baş naziri U.ÇorçilI (Çörçill Uinston Leonard Spenser) tərəfindən 19.VIII Kvebekdə (Kanada) imzalanıb. Kvebek sazişinin mətni 1954 ildə dərc edilib.
1941 ildə ABŞ Britaniya hökumətinə atom bombası yaradılması üçün qüvvələri birləşdirməyi təklif etmişdi. 1942 ildə Ruzvelt ilə Çörçill arasında müharibə dövrü şəraitində bu istiqamətdə bütün işləri ABŞ-da cəmləşdirmək barədə razılıq əldə edilmişdi. Nəticədə ABŞ faktiki olaraq elmi işlərin gedişi və nüvə silahının istehsalı üzrə nəzarəti öz inhisarına aldı və bununla da Britaniyanı müvafiq informasiya almaqdan məhrum etdi. Britaniya hökumətinin yaranmış vəziyyəti öz xeyrinə dəyişmək cəhdləri aşağıdakı müddəalara əsaslanan K.s-nin bağlanmasına gətirib çıxardı: tərəflərdən hər biri razılaşan digər tərəfə qarşı heç vaxt atom bombasından istifadə etməməyi öhdəyə götürür; üçüncü tərəfə qarşı ondan istifadə, yaxud atom bombasına dair üçüncü tərəfə informasiya verilməsi Kvebek sazişinin hər iki tərəfinin razılığından asılı olacaqdır.
Tərəflərin atom bombası yaradılmasında «tam və səmərəli əməkdaşlığı» məqsədilə xüsusi orqan - «Ümumi rəhbərlik Komitəsi» deyilən qurumun (3 nümayəndə ABŞ-dan, 2-Britaniyadan və 1-Kanadadan) yaradılması nəzərdə tutulurdu.
Kvebek sazişi Britaniyaya elmi informasiya mübadiləsinə münasibətdə məlum təminatlar verirdi.
Britaniya atom bombasının yaradılmasında öz iştirakından irəli gələn müharibədən sonrakı hər hansı kommersiya və sənaye üstünlüklərindən imtina etdiyini bildirirdi.
Kvebek sazişi ABŞ üçün elmi axtarışlar və nüvə silahı istehsalı sahəsində üstün mövqelər təmin edirdi.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 16 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
1 ответ
спросил 20 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 20 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 11 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...