+3 👍
145 👀
Cəmiyyət, Siyasət, KİV

Kvebek konfransları

1 Ответ

+1 👍
 
Лучший ответ
1) 1943 il konfransı (Beynəlxalq konfranslar) - ABŞ prezidenti F. Ruzvelt (Ruzvelt Franklin Delano) ilə В.Britaniyanın baş naziri U.ÇorçilI (Çörçill Uinston Leonard Spenser) arasında hər iki Ölkənin yüksək səviyyəli hərbi və siyasi xadimlərinin iştirakı ilə 14-24.VII Kvebekdə (Kanada) keçirilmiş görüş, şərti adı- «Kvadrat».
Kvebekdə Britaniya və ABŞ rəhbərləri ikinci cəbhənin 01.V.1944 ildə açılmasına dair Vaşinqton konfransında (V.1943) qəbul etdikləri qərarı təsdiq etdilər.ingilis-amerika qoşunlarının La- Manşı keçməklə Avropa qitəsinə daxil olmasının ardınca («Overlord» əməliyyatı) yayındırıcı manevrlər kimi mütəf- fiq qoşunlarını Fransanın cənubunda, Tulan-Marsel rayonuna çıxarmaq qərara alındı. Ruzvelt və onun müşavirləri Balkan istiqamətində müttəfiqlərin qüvvələrini cəmləşdirmək barədə Çör- çillin təklifilə razılaşmadılar; onlar ehtiyat edirdilər ki, sovet qoşunlarının həlledici qələbələr qazandığı bir şəraitdə mütəffiq qoşunlarının Fransa sahilinə çıxarılması əməliyyatlarının yubadılması Amerikanın Avropada mövqelərinə zərər yetirə bilər. ABŞ-ın və Britaniyanın 1943 ilin ikinci yarısı üçün hərbi əməliyyatlar planı Siciliya boğazı vasitəsilə Neapol rayonunda İtaliyaya girməyi, Britaniya qoşunlarının gücü ilə Azor adalarını işğal etməyi, alman- faşist sualtı qayıqlarına qarşı mübarizəni gücləndirməyi nəzərdə tuturdu. Asiyada Yaponiya əleyhinə hərbi əməliyyat tədbirləri, Marşal, Korolin və Marian adalarının tutulması əməliyyatları, Birmaya hücum planı təsdiq edildi. Qərb müttəfiqləri belə bir rəyə gəldilər ki, Almaniyanın məğlub olmasından sonra Yaponiyanın darmadağın edilməsi 12 ay ərzində mümkün ola bilər.
Kvebekda ABŞ və Britaniya rəhbərləri SSRİ və Çin hökumətlərinə təqdim edilmək üçün dörd dövlətin - Britaniya, Çin, SSRİ və ABŞ-ın daimi Birləşmiş Millətlər Təşkilatı yaratmaq və dörd böyük dövlətin müharibədən sonra sülhü qoruyub saxlamaq barədə məsuliyyətinə dair Bəyannamə lahiyə- lərini işləyib hazırladılar. Həmçinin Fransa Milli Azadlıq Komitəsinin diplomatik tanınması (Beynəlxalq hüquqi tanınma) məsələsinə də baxıldı. Bu arada ABŞ hökuməti sözügedən komitəyə müvəqqəti Fransa hökuməti kimi baxmaqla razılaşmamış, Britaniya hökuməti isə bəzi qeyd-şərtlərlə tanımağı lazım bilmişdi.
F.Ruzvelt və U.Çörçill italiyanın təslim olunmasının şərtləri, onun faşist koalisiyasından çıxması və mütttəfiqlər- lə birləşməsi barədə sövdələşdilər Habelə, Hitler işğalından azad edilən ölkələrin idarə olunmasına, mühacir hökumətlərin dəstəklənməsinə, Almaniyanın parçalanmasının mümkünlüyünə və onun iqtisadi vahidliyinin saxlanılmasının arzuedilməzliyinə dair məsələlərə də toxunmuşdular.
ABŞ və Britaniya 3 ölkənin xarici işlər nazirliyinin Moskvada görüşünü keçirmək barədə SSRİ ilə prinsipcə razılığa gəldilər.
2) 1944 il konfransı-ABŞ prezidenti F.D.Ruzvelt ilə B.Britanıyanın baş naziri U.Çörçill arasında ABŞ-ın maliyə naziri Q.Morqentau, Britaniyanın xarici işlər naziri A.iden və Birləşmiş Qrupun qərargah rəislərinin iştirakı ilə, antihitler koalisiyası ölkələrinin ən böyük uğurları və faşist blokunun dağılması şəraitində 11-16. IX Kvebekdə keçirilmişdi.
Kvebekdə F.Ruzvelt və U.Çörçill Almaniyada Amerika və Britaniya işğal zonasının nəzərdə tutulan bölünmə xəttini razılaşdırmış, Almaniyanın bir neçə xırda dövlətlərə bölünməsini, Rur və Saaranın ondan ayrılmasını, Almaniya sənayesinin dağıdlmasını və əsas fondlarının sökülməsini və Almaniyanın aqrar vilayətə çevrilməsini nəzərdə tutan Morqentau planını bəyəndilər.
ABŞ və Britaniyanın rəhbərləri militarist Yaponiyası üzərində qələbə qazanılması üçün faşist Almaniyasının məğlub olacağı gündən 1 il yarım müddət müəyyən etdilər. Filippinin azad olması planı da qəbul olundu. ABŞ Yaponiyaya qarşı hərbi əməliyyatlar səhnəsinə xeyli sayda Britaniya hərbi - dəniz və hava qüvvələri çıxarmaq barədə Çörçillin təklifilə razılaşdı. Çörçillə görə, bu Britaniyanın həmin rayonda mövqelərini yenidən bərpa etmiş olardı.

Похожие вопросы

+3 👍
1
+1 👍
1
+3 👍
1
+2 👍
1
+1 👍
1
...