Diplomatik poçtu müşayiət etmək üçün diplomatik kuryerə verilən vərəq. Bu rəsmi sənəd diplomatik kuryerə toxunulmazlıq hüququ verir, onun müşayiət etdiyi diplomatik poçtu diplomatik immunitetlə təmin edir. Diplomatik kuryer diplomatik poçtu son ünvana təqdim edəndən sonra onun kuryer vərəqi öz əhəmiyyətini itirir və hüquqi mahiyyət daşımır.