+3 səs
129 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Koreya məsələsi nədir?

1 cavab var:

+1 səs
 
SSRİ, ABŞ və Britaniya xarici işlər nazirlərinin 1945 il Moskva müşavirəsinin qərarları Koreyanın müstəqil dövlət olaraq yenidən bərpasını və müvəqqəti ümumkoreya hökumətinin yaradılmasını əzərdə tuturdu. Bu məqsədlə Sovet - Amerika Birgə Komissiyası yaradılmışdı. ABŞ K.m.-i BMT Baş Məclisinin II sessiyasının gündəliyinə salmağı təklif etmişdir.
1947-1975 illər ərzində K.m. BMT BM-in bir sıra sessiyalarının gündəliyinə daxil edilmişdi. BMT-nin Koreya üzrə Müvəqqəti Komissiyasının (1947-1948), Koreya üzrə Komissiyasının (1948-1950) , Koreyanın birləşdirilməsi və yenidən bərpası üzrə komissiyasının (1950-1973) illik məruzələri Baş Məclisdə baxılmaq üçün təqdim olunmuşdu. KXDR nümayəndələri ABŞ-ın və digər qərb dövlətlərinin mövqeləri üzündən 1973 ilədək K.m. müzakirəsində iştirak etmək imkanından məhrum olunmuşdu.
1950 ildə Koreyada müharibənin başlanması ilə əlaqədar ABŞ-ın təzyiqi ilə BMT Təhlükəsizlik Şurası SSRİ nümayəndəsinin iştirakı olmadan Koreyanın işlərinə silahlı müdaxiləyə dair bir neçə Qətnamə, o cümlədən «BMT- nin Birləşmiş Qüvvələrini yaratmağa» və Koreyaya silahlı müdaxilə qoşunlarına BMT bayrağından istifadə etmək hüququ verməyə dair qətnamələr qəbul etmişdi. BMT BM sessiyası ABŞ-ın təzyiqi sayəsində SSRİ-nin və digər sosialist ölkələrinin K.m.-ni dinc yolla tənzimləməyə dair təkliflərini qəbul etmədi.
BMT BM XXVIII sessiyası (1973) Şimali Koreya və Cənubi Koreyanın 1972 il birgə Bəyanatında əks etdirilən birləşmə prinsiplərini təqdir etmiş, Koreyanın birləşdirilməsi və yenidən bərpası üzrə Komissiyanın buraxılmasına dair qətnamə qəbul etmiş, Cənubi Koreyada olan BMT bayrağı altındakı olan Amerika qoşunlarının çıxarılmasına tərafdar olmuşdu. KXDR- ə BMT-də özünün daimi müşahidəçisini saxlamaq hüququ verilmişdi. BMT BM XXX sessiyası (1975) keçmiş sosialist ölkələrinin və bir sıra qoşulmayan ölkələrin (Qoşulmamaq siyasəti) «Koreyada barışığın möhkəm sülhə çevrilməsi və Koreyanın müstəqil şəkildə dinc yolla birləşdirilməsi üçün əlverişli şərait yaradılmasına dair» qətnamə layihəsini bəyənmişdir. Qətnamə «BMT qoşunları komandanlığının» buraxılmasını, Cənubi Koreyadan orala BMT bayrağı altından bütün xarici qoşunların çıxarılmasını, Koreyada barışığa dair 1953 il Sazişinin sülh müqaviləsi Beynəlxalq müqavilə) ilə əvəz edilməsini nəzərdə tuturdu. Lakin eyni vaxtda qərb dövlətlərinin təklifi ilə Cənubi Koreyadan ABŞ qoşunlarının çıxarılmasını nəzərdə tutmayan qətnamə qəbul edildi.
1980 ildə Koreya Xalq Partiyasının qurultayında vahid Koreya dövlətinin - Koreya Konfederativ Demokratik Respublikası - yaradılması təklifi irəli sürülmüşdür. 1.1984 ildə KXDR üçtərəfli danışıqların (KXDR, ABŞ və Cənubi Koreya) keçirilməsi təklifilə çıxış etmişdir. Barışığa dair Sazişin sülh müqaviləsi ilə əvəz edilməsi və Cənubi Koreyadan Amerika qoşunlarının çıxarılması məsələsi bu danışıqların mərkəzində durmalı idi. ölkənin şimalı ilə cənubu arasında hücum etməməyə dair qətnamə qəbul etmək, KXDR və Cənubi Koreya arasında ölkələrin artıq razılaşdırılmış prinsiplər arasında birləşdirilməsinə dair danışıqlar aparmaq təklif edilirdi. Lakin bu günə qədər bu istiqamətdə aparılmış danışıqlar nəticə verməmişdir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+3 səs
1 cavab
soruşub 14 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...