+3 голосов
105 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV
Koordinasiya komitəsi nədir?

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Çoxtərəfli ixracat üzrə nəzarət. ABŞ-ın təşəbbüsü ilə XI.1949 ildə bağlanan məxfi «Centlmen sazişi»nə müvafiq olaraq 01.11.1950 ildə fəaliyyətə başlamışdır; saziş SSRİ-yə və digər sosialist ölkələrinə «strateji malların» ixracı üzərində nəzarət məqsədini güdürdü.
Üzv dövlətlərin daimi təmsilçiləri səviyyəsində Koordinasiya komitəsinin ildə 1-2 dəfə çağırılan sessiyalarında sosialist ölkələrinə ixrac edilməsinə qadağa qoyulan malların və texnologiya növlərinin siyahısı işlənib hazırlanırdı.
ixracat nəzarətindən keçməli olan 3 mal siyahısı mövcud idi: silah və döyüş sursatı, habelə onların istehsalı üçün lazım olan mallar, materiallar və texnologiya; atom enerjindən istifadə ilə bağlı avadanlıq; «ikili təyinatlı», prinsipcə hərbi məqsədlərlə tətbiq edilə bilən sənaye avadanlığının xeyli hissəsini ehtiva edir və onların ayrı-ayrı ölkələrə ixrac olunmasına yalnız «istisna qaydasında» Koordinasiya komitəsi tərəfindən hər dəfə ayrıca baxıldıqdan sonra yol verilirdi.

Похожие вопросы

+3 голосов
1 ответ
спросил 11 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 16 Янв от аноним в категории Terminlər, Sözlər
+2 голосов
1 ответ
+1 голос
1 ответ
спросил 13 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
2 ответов
спросил 05 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...