1806-1814 illər ərzində Napoleon I (Napoleon l Bonapart) tərəfindən Böyük Britaniya əleyhinə yönəlmiş iqtisadi və siyasi mühasirə tədbirləri sistemi.
Napoleonun Rusiyaya məğlub olmasından, yəni 1812 ildən sonra bu tədbirlər bir sıra ölkələr tərəfindən dayandırılmış və Napoleonun hakimiyyətdən tam uzaqlaşdırılmasından (1814) sonra formal olaraq ləğv olunmuşdu.