+3 səs
116 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Kontador qrupu nədir?

1 cavab var:

+1 səs
 
Meksika, Kolumbiya, Venesuela və Panamanı özündə birləşdirir, 08-09.1. 1983-ci ildə dörd dövlətin xarici işlər nazirlərinin Kontador adasında görüşü gedişində yaradılmış, 1980 illərin əvvəllərində Mərkəzi Amerikada yaranmış gərgin vəziyyəti Latın Amerikası ölkələrinin gücü ilə siyasi tənzimləmə yollarını tapmaq məqsədi daşımışdır.
Kontador qrupu regionda vəziyyəti normallaşdırmaq niyyəti ilə bir sıra görüşlər, o cümlədən Mərkəzi Amerika dövlətlərinin (Nikaraqua, Honduras, Salvador, Qvatemala və Kosta-Rika) nümayəndələrinin görüşləri keçirilmişdir. Kontador qrupunin işləyib hazırladığı «Kankun Bəyannaməsi», «məqsədlərə dair sənəd», «normalara dair sənəd» geniş beynəlxalq əks səda və dəstək tapmışdı.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 14 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...