+3 səs
272 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Konsul patenti nədir?

1 cavab var:

+1 səs
 
Konsul təyin edən ölkənin dövlət başçısı, hökumət başçısı və ya xarici işlər naziri tərəfindən konsula səlahiyyətlərin verilməsi və onun fəaliyyət rayonunun (Konsulluq dairəsinin) təyin edilməsi haqda sənəddir. Konsul patenti müstəqil konsul idarələrinə rəhbərlik edən bütün dərəcədən olan konsullara verilir. Konsulluq başçılarının müavinləri və ya köməkçiləri olan konsullara çox vaxt patent verilmir.
Patentdə təyin olunmuş konsulun vəzifəsi, adı və soyadı tam olaraq, konsulun aid olduğu kateqoriya və ya sinifi, konsul dairəsi və konsul idarəsinin yerləşdiyi yer göstərilir. Konsul təqdim edən dövlət patenti diplomatik yolla konsul idarəsi başçısının yerləşdiyi dövlətin hökumətinə göndərir.
Diplomatik praktikada, adətən konsul idarəsinin başçısı gəldiyi dövlətin hökumətinə Konsul patentini təqdim edir. Konsul özünün konsulluq dairəsində vəzifələrinin icrasına gəldiyi ölkənin hökumətinin ekzekvatura adlanan icazəsindən sonra başlaya bilər.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində

...