+3 голосов
109 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Konsul leqallaşdırılması 

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Konsulun sənədlərdəki imzaların doğruluğunu, habelə sənədləri qəbul edən ölkənin qanunlarına uyğun gəlməsinin möhürü ilə müəyyənləşdirməsi və təsdiq etməsi. Konsulun təmsil etdiyi dövlətdə tərtib olunan və qəbul edən ölkəyə təqdim üçün nəzərdə tutulan sənədlərdə Konsul leqallaşdırılmasısı praktikada özünü göstərir. Konsul leqallaşdırılması sənədlərin beynəlxalq əlaqələrdə hüquqi qüvvəsini təsdiq edir. Xarici dövlətlərin hakimiyyət orqanlarından çıxan sənədlərə qəbul edən dövlətdə bir qayda olaraq, Konsul leqallaşdırılmasından sonra baxılır. Konsul leqallaşdırılması qaydası hər dövlətin Xarici işlər Nazirliyi (Xarici İşlər İdarəsi) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası ərazisində Konsul leqallaşdırılması Azərbaycan XİN-in Konsulluq İdarəsi, habelə xarici dövlətlərin konsulluq müəssisələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil edən, öz məzmunu ilə dövlətin maraqlarına ziyan vura bilən, yaxud onun vətəndaşlarının şərəf və ləyaqətini alçaldan məqamları özündə ehtiva edən sənədlər Konsul leqallaşdırılmasından keçmir.

Похожие вопросы

+3 голосов
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...