+3 səs
191 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Konsul korpusu nədir?

1 cavab var:

+1 səs
 
Xarici konsulluqların (Konsul idarəsi) hər hansı ölkənin bu və ya digər məntəqəsində (şəhərində, limanında) məcmusu.
Əgər bir konsulluq dairəsində (şəhərdə) çoxlu sayda konsul idarələri varsa, burada diplomatik korpus kimi Konsul korpusuu yaradılır. Konsul korpusu beynəlxalq münasibətlərdə diplomatik korpusun malik olduğu çəkiyə və nüfuza malik deyil və hər hansı beynəlxalq hüquqi status almağa iddia edə bilməz. Onun fəaliyyəti müəyyən dərəcədə qeyri-rəsmi xarakter daşıyır. Lakin Konsul korpusu bu halda da konsul idarələri və konsul dairələrinin yerli hakimiyyət orqanları ilə normal, işgüzar və dostluq münasibətlərinin qaydaya salınmasına kömək edə bilər. Konsul korpusu adətən daimi xarakter daşımır. Onun təyinatı ancaq müəyyən mərasimlərlə bağlı olur: təbriklərin, baş- sağlıqların verilməsi, görüşlərin, banketlərin təşkili və s. konsullar adından çıxış edən Konsul korpusunun başçısı (Duayen) dərəcəsinə görə böyük konsul hesab edilir, əgər konsullar eyni dərəcədə olarlarsa, kimə daha tez ekzekvatura verilibsə, o duayen olur. Əgərekzekva- turalar eyni tarixdə verilibsə, başçılıq konsulluq patentinin verilməsi ya da konsulun ölkəyə gəlişinin vaxtı ilə müəyyən edilir. Konsulluğun başçısı olan konsul, konsul idarəsinin başçısı olmayan konsula münasibətdə üstünlüyə malikdir.
Dar mənada Konsul korpusua ancaq konsul idarələrinin başçıları daxildir. Geniş mənada Konsul korpusuna konsulluqların rəsmi heyəti də (konsulluq başçılarının müavini və ya köməkçiləri olan konsullar) daxildir. Bəzən Konsul korpusu dedikdə xaricdə yerləşən bu və ya digər ölkənin bütün konsullarının məcmusu başa düşülür.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...