+3 гол-в
112 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Konsul konvensiyaları

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Dövlətlər arasında konsul nümayəndəliklərinin təsis olunması, təyin olunma və geri çağırılma qaydasını, fəaliyyət dairəsini, konsul vəzifəli şəxslərin və konsulluq əməkdaşlarının hüquqlarını, imtiyazlarını və immunitetlərini (Konsulluq imtiyazları və immunitetləri) müəyyən
edən konsul hüququ normalarından ibarət beynəlxalq dövlətlərarası sazişlərdir. Konsul konvensiyaları konsul hüququnun mənbələrindən biridir.
Tarixdə ilk konsul konvensiyası 1769 ildə Fransa ilə İspaniya arasında imzalanmışdır. Beynəlxalq münasibətlər tarixində konsulluq məsələlərinə dair dövlətlər öz aralarında bir çox konsul konvensiyaları imzalaşmışlar. Məs., 1928 il konsul məmurları haqqında Havana konvensiyası (Beynəlxalq konvensiya), 1947 il ABŞ və Filippinin konsul konvensiyası, 1951 il ingilis- fransız konsul konvensiyası, 1956 il Avstriya-Yuqoslaviya konvensiyasını və s. göstərmək olar.
Konsul konvensiyalarırı adətən ikitərəfli xarakter daşımışlar. 1928 il Havana konsul konvensiyası isə çoxtərəfli olmuşdur.
Konsul məsələlərinə dair təkmilləşdirilmiş son sənəd BMT çərçivəsində işlənib hazırlanmış 24.IV. 1963 ildə imzalanmış Konsul Əlaqələrinə dair Vyana Konvensiyasıdır. 19.111.1967 ildə Konsul Əlaqələrinə dair Konvensiya qüvvəyə minmişdir.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...