+3 гол-в
98 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Konsul idarəsi

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Hər hansı konsul dairəsində konsul vəzifələrinin yerinə yetirilməsi üçün iki dövlət arasında müqavilə (Beynəlxalq müqavilə) əsasında xarici dövlətdə təsis olunan daimi xarici əlaqələr orqanıdır. Konsul idarəsi yerləşdiyi diplomatik nümayəndəliklə müqayisədə məhdud hüquq, imtiyaz və immunitetlərdən (konsul imtiyazları və immunitetləri) istifadə edirlər. Konsul idarəsinin işçiləri onların xidməti fəaliyyəti zamanı olduqları ölkənin cinayət, mülki və inzibati yuris- diksiyasından (Dövlətin yurisdiksiyası), toxunulmazlıq hüququndan istifadə edirlər. K.İ., konsul nümayəndəliyinin başçısı da daxil olmaqla onun xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar məsələlərə dair ifadə vermək istisna olunmaqla, şahid kimi ifadə verməkdən imtina edə bilməz.
Konsul idarəsi dövləti təkcə siyasi sahədə və diplomatik planda təmsil etmir. Normal diplomatik münasibətlərdə Konsul idarəsi dövləti hüquqi-əmlak münasibətləri planında da təmsil edir, bəzən isə çox mühüm rol oynayır. Diplomatik müna
sibətlərin qırılması konsul münasibətlərinin kəsilməsinə səbəb olmur. Diplomatik münasibətlər kəsilən hallarda Konsul idarəsinin rolu yüksəlir və çox vaxt normal diplomatik münasibətlərin bərpa olunmasına kömək edir.
Konsul idarəsi aşağıdakı yerlərdə açılır:
- Konsul idarəsi açan dövlətin konsulluğunun yerləşdiyi dövlətdə yaşayan, dilini, milli mədəniyyətini saxlayan, lakin konsulluğun yerləşdiyi ölkənin vətəndaşı olan çoxlu sayda həmvətənlərinin olduğu yerlərdə;
- Müvafiq ölkənin çoxlu sayda vətəndaşları olan yerlərdə (iri turist mərkəzləri, ziyarət yerləri və s.);
- Konkret ticarət və ya digər maraqların olduğu və bir sıra hüquqi əmlak məsələlərinin və s. tərtib olunması tələb olunan yerlərdə;
Konsul idarəsi aşağıdakı kateqoriyaya bölünürlər:
- baş konsulluqlar;
- konsulluqlar;
- vitse-konsulluqlar;
- konsul agentlikləri;
- fəxri konsul vəzifəli şəxslər tərəfindən başçılıq edilən konsul idarələri.
Konsul idarəsilərinin strukturu dünyanın əksər ölkələrində əsasən bir-birinə bənzəyir. Konsul idarəsi konsul xidmətlərinin yerinə yetirilməsi ilə bağlı siyasi, iqtisadı informasiyanın toplanması və təqdim olunması ilə də məşğul olmalıdır.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 16 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...