+3 səs
91 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Konsul funksiyaları

1 cavab var:

+1 səs
 
Beynəlxalq sazişlərlə (Konsulluq əlaqələrinə dair 1963 il Vyana konvensiyası (Beynəl
xalq konvensiya), Konsulluq funksiyalarına dair Avropa konvensiyası), ikitərəfli konsul konvensiyaları, ticarət və dənizçiliyə dair müqavilələrdə (Beynəlxalq müqavilə), habelə dövlətdaxili qanunvericilkdə müəyyən edilir.
Konsul, əsasən, aşağıdakı funksiyaları yerinə yetirir;
- təmsil etdiyi dövlətin hüquqi şəxslərinin və vətəndaşlarının beynəlxalq münasibətlərə əsasən qəbul edən dövlətin qanunvericiliyi ilə onlara verilən bütün hüquqlardan tam həcmdə istifadə etmələri üçün tədbir görür;
- təmsil etdiyi dövlətin hüquqi şəxslərinin və vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbir görür;
- təmsil etdiyi dövlətin konsulluq dairəsində daimi yaşayan və müvəqqəti qalan vətəndaşlarının qeydiyyatını aparır;
- konsulluq dairəsi hüdudlarında təmsil etdiyi dövlətin nazirliklərinin, idarə və təşkilatlarının nümayəndələrinin, habelə xarici ezamiyyətə gələn vətəndaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə kömək göstərir;
- konsulluq dairəsində təmsil etdiyi dövlətin müvəqqəti qalan vətəndaşlarını qəbul edən dövlətin qanunları, qərar və sərəncamları, habelə yerli adətləri barədə məlumatlandırır;
- konsulluq dairəsində təmsil etdiyi dövlətin vətəndaşları üçün mədəni- kütləvi tədbirlərin keçirilməsinə köməklik göstərir;
- təmsil etdiyi dövlətin prosessual qanunvericiliyinə əməl etməklə həmin dövlətin istintaq və məhkəmə orqanlarının (əgər qəbul edən dövlətin qanunları yol verirsə) öz vətəndaşlarına dair tapşırıqlarını yerinə yetirir;
- təmsil etdiyi dövlətin həbsə alınmış, yaxud cinayət törətməkdə şübhəli bilinib saxlanan, habelə azadlıqdan məhrumolunma şəklində cəzasını çəkən vətəndaşlarına münasibətdə qəbul edən dövlətin qanunlarının bu dövlətlə öz dövlətinin bağladıqları müqavilələrin müvafiq müddəalarına riayət olunmasına göz qoyur;
- maraqlı şəxslərin xahişi və öz təşəbbüsü ilə təmsil etdiyi dövlətin həbs yerlərində saxlanan vətəndaşlarına baş çəkir, onların saxlanma şərati ilə maraqlanır, belə şəxslərin gigiyena və sanitariya tələblərinə cavab verən şəraitdə saxlanmasına və onlarla sərt və insan ləyaqətini alçaldan formada davranılmamasına nəzarət edir;
-təmsil etdiyi dövlətin vətəndaşlarına pasport verir, vaxtını uzadır və pasportlarda dəyişikliklər edir;
- təmsil etdiyi dövlətə giriş, çıxış və tranzit keçid üçün vizalar verir, viza vaxtını uzadır, vizalarda dəyişikliklər edir;
- özünün konsulluq dairəsində yaşayan şəxslərdən təmsil etdiyi dövlətin vətəndaşlığına qəbul edilmək barədə ərizələr alır;
- təmsil etdiyi dövlətin qanunvericiliyinə müvafiq qaydada, həmin dövlətin vətəndaşlarının vətəndaşlıq vəziyyətləri aktlarını qeydə alır;
- notarius hərəkətlərini həyata keçirir;
-konsulluq dairəsindəki hakimiyyət nümayəndələrinin iştirakı ilə tərtib edilən, yaxud onlardan göndərilən sənədlərin və aktların konsul leqallaşdırılmasını həyata keçirir.
Konsulluğa dair konvensiyalarda həmçinin təmsil etdiyi dövlətin hərbi işləri, mülki dənizçilik vasitələri, hava gəmiləri, habelə sanitar və veterinar mühafizə barəsində də Konsul funksiyaları müəyyən edilmişdir. Konsul həmçinin müvafiq konvensiyalarda nəzərdə tutulmayan, lakin təmsilçisi olduğu dövlətin və qəbul edən dövlətin qanunvericiliyi ilə ziddiyət təşkil etməyən funksiyaları da həyata keçirə bilər.
Diplomatik nümayəndəlik olmayan dövlətlərdə, qəbul edən dövlətin razılığı ilə konsula təmsil etdiyi dövlətin diplomatik funksiyaları da həvalə edilə bilər.
Konsul ona həvalə edilən funkisiyaları şəxsən yerinə yetirir yaxud onların icrasını konsulluğun digər vəzifəli şəxsinə tapşırır.
Konsulun üçüncü dövlətin adından Konsul funksiyaları yerinə yetirməsi yalnız təmsil etdiyi dövlətin Xarici İşlər Nazirliyinin (Xarici işlər idarəsi) göstərişi və qəbul edən dövlətin razılığı ilə mümkündür.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 15 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...