+3 səs
176 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Konsul ekzekvaturası nədir?

1 cavab var:

+1 səs
 
Konsulun onu qəbul edən ölkə tərəfindən tanınması və onun konsul dairəsində konsul vəzifələrinin icrasına buraxılmasına razılıq haqda sənəddir. Konsul ekzekvaturası baş konsullara, konsullara və müstəqil konsul idarələrinə başçılıq edən konsul agentlərinə verilir. Konsul ekzekvaturası konsul patentləri kimi konsulluğa rəhbərlik etməyən konsullara həmişə verilmir. Bu konsul təyin edən ölkənin, eləcə də konsulun gəldiyi ölkənin praktikasından asılıdır. Bir qayda olaraq, diplomatik nümayəndəliklərin konsul şöbələrinin rəhbərlərinə Konsul ekzekvaturası verilmir. Konsul ekzekvaturası verilməsi ya dövlət başçısı adından və onun imzası ilə, ya da ölkənin daxili qanunvericiliyindən asılı olaraq dövlətin adından, xarici işlər nazirinin imzası ilə həyata keçirilir. Bəzi hallarda Konsul ekzekvaturası ayrıca sənəd formasında, digər hallarda konsul petantinə bənzər Qətnamə formasında verilir. Qətnamə dövlət başçısı və ya xarici işlər naziri tərəfindən imzalanır və möhürlənir. Konsul ekzekvaturası verməkdən imtina edən dövlət imtina səbəblərini bildirməyə məcbur deyil.
Konsul ekzekvaturası konsul patentinin və ya konsulun təyin olunması haqda digər bildirişlər (nota (Diplomatik nota) və s.) təqdim olunmaqla verilir. Konsul ekzekvaturası konsul üçün tələb olunur və onun patenti diplomatik yolla, səfirlik və ya diplomatik missiya vasitəsilə xarici işlər nazirliyinə təqdim edilir.
Bir qayda olaraq, Konsul ekzekvaturası verilməsi anından konsul rəsmi olaraq öz vəzifələrinin icrasına başlayır və konsul imtiyazları və immunitetlərindən istifadə edir. Konsul idarələrinin başçılarına Konsul ekzekvaturası verilənədək onlara müvəqqəti olaraq öz vəzifələrini icra etməyə icazə verilir və konsulluqda başçılıq qaydası müəyyən olunan zaman, başçılıq konsulun müvəqqəti olaraq işə başladığı vaxtdan müəyyən olunur.
Konsul təyin edən ölkənin və konsulun gəldiyi ölkənin qanunları tələb edərsə, konsul idarəsinin başçısı olmayan konsul vəzifəli şəxsə Konsul ekzekvaturası verilir. Konsulun yerləşdiyi dövlət konsul təyin edən dövləti təmsil edən bu və ya digər şəxsi «.persona non grata» elan edərsə, konsul təyin edən dövlət həmin şəxsi geri çağırmalı və ya konsulluqda onun fəaliyyətini dayandırmalıdır. Əgər dövlət bu öhdəliyini müəyyən olunmuş vaxt ərzində yerinə yetirməzsə, konsulu qəbul edən dövlət həmin şəxsə verilən ekzekvaturanı ləğv edə bilər. Konsul ekzekvaturası ləğv olunarsa, konsul işçisinin fəaliyyəti dayanır.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...