+3 səs
98 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Konsul dərəcələri

1 cavab var:

+1 səs
 
Konsulların xidməti mövqe ilə əlaqədar tutduqları dərəcələr. Konsul əlaqələrinə dair 1963 ıl Vyana konvensiyana (Beynəlxalq konvensiya) görə (maddə 9) konsul idarələrinin başçıları dörd dərəcəyə bölünürlər: a) baş konsullar; b) konsullar: c) vitse-konsullar: d) konsul agentləri. Xarici ölkələrin konsul xidməti sistemində beşinci-prokonsul dərəcəsi də vardır. Prokonsullar konsul idarələrinin başçısı ola bilməzlər, ancaq konsulluq başçısı olmadıqda onu müvəqqəti olaraq əvəz edə bilərlər. Adətən prokonsul konsulun məhdud məsələlərə dair köməkçisi olur. Baş konsullar, konsullar, vitse-konsullar və konsul agentləri müvafiq olaraq baş konsulluqların, konsulluqların, vitse-konsulluqların və konsul agentliklərinin işinə rəhbərlik edirlər. Beynəlxalq praktikada fəxri konsul vəzifəli şəxslər tərəfindən başçılıq edilən konsul idarələri də nəzərdə tutulur. Lakin konsullar və vitse- konsullar müstəqil konsul idarəsinin başında durmaya da bilərlər, dərəcələrinə görə onlardan yüksək olan konsulluq başçılarının müavini və ya köməkçisi ola bilərlər. Dərəcəsinə görə böyük olan konsul adətən bu və ya digər ölkənin daha vacib məntəqəsinə təyin edilir. Bəzən bu konsula gəldiyi ölkədə öz ölkəsinin bütün konsulluqları və ya bir neçə konsulluğu üzərində rəhbərlik həvalə edilir. Konsul agentlikləri, vitse- konsulluqlar bir növ baş konsulluğun və ya konsulluğun filialıdırlar. Baş konsulluq və ya konsulluq ancaq yerləşdiyi dövlətin razılığı ilə vitse-konsulluq və ya konsul agentliyi aça bilər. Konsul agentləri olduqları yerdə, demək olar ki, bütün konsul xidmətlərini həyata keçirir, eləcə də onların dairəsinə baş çəkməyə gələn əsas konsul idarəsinin konsul vəzifəli şəxslərinə kömək edirlər. Bəzi ölkələr konsul agentlərini agentin gedəcəyi ölkənin vətəndaşlarından və ya orada daimi yaşayan şəxslərdən təyin edirlər.
Konsul dərəcələri verilməsi konsulun üzərinə qoyulan vəzifələrin əhəmiyyətini və həcmini nəzərə almaqla, konsul təyin edən dövlətdən asılıdır, lakin konsulu qəbul edən dövlət onu ərazisində konsulluq təsis edilməsi ilə bağlı sazişdə nəzərdə tutulmuş dərəcədən yüksək dərəcə ilə qəbul edə bilməz. Dərəcəsindən asılı olmayaraq konsullar Xarici işlər Nazirliyinə (Xarici işlər idarəsi) və eyni zamanda onu təyin edən ölkənin səfirliyinə və diplomatik missiyalarına tabedirlər.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 15 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...