+3 səs
166 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Konstantinopol konvensiyası

1 cavab var:

+1 səs
 
Yeddi Birləşmiş Adalar Respublikasının yaradılması barədə rus-türk konvensiyası (Beynəlxalq konvensiya)', Konstantinopolda (istanbul) 21.03. 1800 ildə imzalanıb, ioni adalarının və eks-Venetsiya Albaniyasının (1797 ilədək ioni adaları ilə birlikdə Venetsiyaya mənsub olmuş alban-yunan sahil ərazisinin bir hissəsi) statusunu müəyyənləşdirmişdi. 2-ci antifransa koalisiyası dövlətləri (Britaniya, Avstriya, Rusiya və Türkiyə) ilə müharibə zamanı Fransanın işğal etdiyi bu ərazilər 1798- 1799 illərdə vitse-admiral F.F.Uşako- vun komandanlığı altında rus eskadrası tərəfindən azad edilmişdi.
Konstantinopol konvensiyası əsasında ioni arxipelaqında yaradılan, Türkiyədən vassal asılılığında olan (Vassal dövlət) və Rusiyanın himayəsindən istifadə edən respublikanın daxili quruluşu razılaşan tərəflərin ilkin olaraq nəzərdən keçirəcəkləri və təsdiq edəcəkləri Konstitusiya ilə müəyyən edilməli idi. Konstantinopol konvensiyası respublikanın üzərinə belə bir öhdəlik qoyurdu ki, Babi-Aliyə 3 ildən bir 75 min piastra məbləğində bac-xərac versin, Fransa ilə müharibə aparacaqları təqdirdə vaxt Rusiya və Türkiyə öz qoşunlarını respublika ərazisinə daxil etmək hüququ aldılar. Türkiyə respublikasının ərazi sularında sərbəst ticarət və gəmiçiliyi təmin edəcəyini öhdəyə götürdü.
Eks-Venetsiya Albaniyası Türkiyənin hakimiyyəti altına keçdi. Konstantinopol konvensiyası-da bu ərazidə yaşayan xristian əhali üçün bəzi təminatlar: dini etiqad azadlığı; Venetsiya ağalığı zamanı mövcud olmuş ödənc və vergilərin həcminin artırılmaması nəzərdə tutulurdu.
Rusiya Konstantinopol konvensiyası 15.VIII.1800 ildə ratifikasiya etmişdi. Konstantinopol konvensiyası 1807 il Tilzit müqaviləsi (Beynəlxalq müqavilə) bağlananadək qüvvədə olmuşdu. Tilzit müqaviləsinin məxfi maddələri Respublikanın ləğvini və ərazisinin Fransaya verilməsini nəzərdə tuturdu.

Oxşar suallar

0 səs
1 cavab
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...