+3 səs
220 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Konqres nədir?

3 Cavab

+1 səs
 
1) Qurultay, xüsusilə beynəlxalq məsələlər üzrə, məs. Ümumdünya sülh tərəfdarları konqresi. 2) bir sıra ölkələrdə, parlament, məs. Cənubi Amerikada, ABŞ-da.
0 səs
1. Dövlət, ərazi və təşkilat rəhbərləri, yaxud nümayəndələrinin görüşü, yığıncağı, eləcə də beynəlxalq konfransların bir növü; məs.: 1814–1815-ci illər Vyana konqresi.

2. Bəzi ölkələrdə (Boliviya, Braziliya, Venesuela, Honduras, Kolumbiya, Meksika, Filippin və s.) qanunverici orqan, yaxud onun palatalarından birinin adı.
İkipalatalı ABŞ qonqresi buna misal ola bilər. Fransada parlamentin hər iki palatasının birgə iclası da konqres adlanır.

3. Bir sıra ölkələrdə siyasi təsisat adı; məs.: Hindistanda Milli Konqres Partiyası.
0 səs
1. Əsasən, elmi-siyasi problemlərin müzakirə olunduğu nüfuzlu toplantı; qurultay.
Konqresə dəvət.

2. ABŞ və bir sıra digər ölkələrin qanunverici orqanı; parlament.
ABŞ Konqresi.

3. Bəzi ölkələrdə ictimai-siyasi hərəkat və təşkilatlara verilən ad.
Hindistanın Milli Konqresi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim
...