0 səs
461 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Sənaye şəhərləri

1 cavab var:

0 səs
 

Sənaye şəhərləri, əvvəlki kimi, dünyanın bir çox ölkələrində daha çox yayılıb. Müxtəlif sahələr şəhərlərin “sex korporasiyalarını” - metallurgiya, maşınqayırma, kimya, meşə emalı, yüngül və yeyinti sənayesi mərkəzlərini formalaşdırır. Dağ-mədən sənayesi mərkəzləri olan şəhərlər çox vaxt, hər biri şaxta, mədən və ya zavod yaxınlığında böyümüş və birləşməkdə olan qəsəbələr yığımı ilə təmsil olunur. Vaqonetlərin fasiləsiz hərəkət etdiyi kanat yolları, ərazini müxtəlif istiqamətlərdə kəsən dəmiryol xətləri; yük qatar düzümləri əskilməyən yük stansiyaları; çoxsaylı anbarlar; şəhərin özündə və onun ətrafında boş süxur qalaqları - bütün bunlar sənaye mərkəzlərinin xarakterik əlamətləridir. Digər şəhərlərə nisbətən, onlara gözəl, ekoloji cəhətdən təmiz və insan həyatı üçün rahat olmaq qat-qat çətindir.

Rusiyanın Novokuznetsk şəhəri 1618-ci ildən mövcuddur (əvvəlcə qala, sonradan Kuznetsk şəhəri kimi).

Lakin burada sənayenin intensiv inkişafı 1929-cu ildən başladı. Novokuznetsk XX əsrin 30-cu illərində metallurgiya kombinatı yanında kiçik şəhər kimi layihələşdirilmişdi. 60 il keçəndən sonra isə Cənubi Kuzbasın iri mərkəzi (600 minə yaxın sakin) oldu. O, ali təhsil müəssisələri, elmi tədqiqat institutları, teatr və muzeyləri olan çoxfunksiyalı şəhər kimi formalaşıb. Lakin burada hər şeyə ağır sənaye ton verir. O, şəhərin zavod boruları sıralan və böyük istehsal binalan üstünlük təşkil edən simasını formalaşdırıb; planlaşdırma xüsusiyyətlərini müəyyənləşdirib, həyat ritmini özünə tabe edib, ağır ekoloji vəziyyətin səbəbkarı olub.

Sənaye şəhərləri arasında hər hansı bir işlə məşğul olanlar xüsusilə çoxdur: kömür və ya filiz hasilatı; parça və sement, maşın və ya sellüloz istehsalı və s.

Dar ixtisaslaşdınlmış belə şəhərlər, onların “birtərəfli” inkişafından doğan kəskin problemlərdən əziyyət çəkirlər. Cavanlann belə şəhərlərdən axınına səbəb, peşə və iş yerləri seçiminin məhdudluğudur. Rusiyanın toxuculuq mərkəzləri - “gəlinlər şəhərlərində” - ailə qurmaq çox çətindir, çünki, burada çoxlu qadın və az sayda kişi yaşayır.

Oxşar suallar

+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...