Beynəlxalq xarakterli mülki, ailə, əmək münasibətlərinə hansı dövlətin hüququnun tətbiq edilməsini, ya da hansı normativ aktın dövlətdaxili hüquqi münaqişədə (kolliziyada) tətbiq olunmasını göstərən normadır. Kollizion norma həmçinin federasiya və onun subyektlərinin hüququ ilə milli və beynəlxalq hüquq arasında münaqişəni həll etmək prinsipini müəyyən edə bilir.
Beynəlxalq xüsusi hüquqda - Kollizion norma adətən hər hansı konkret dövlətin hüququna deyil, hüququn tətbiqini müəyyən edən prinsipə əsaslanan ümumi qayda şəklində ifadə olunur (məsələn, şəxsin vətəndaşlıq qanunu, müqavilənin bağlandığı yerin qanunu, əşyanın yerləşdiyi yerin qanunu, nikahın bağlanması qanunu və s.).