Müxtəlif dövlətlərin qanunları («xarici» Kollizion hüquq) və ya bir dövlətin normativ aktları («daxili» Kollizion hüquq) arasında kolliziyaları həll edən normaların məcsumu. «Xarici» Kollizion hüquq beynəlxalq xüsusi hüququn tərkibinə daxildir. Bir sıra ölkələrdə (Böyük Britaniya, ABŞ və b.) «beynəlxalq xüsusi hüquq» anlayışı Kollizion hüquq anlayışı ilə eyniləşdirilir. «Daxili» Kollizion hüquq subyektləri arasında münaqişə yaranması mümkün olan federativ dövlətlərdə (Federasiya) xüsusi əhəmiyyətə malikdir.