+3 səs
45 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Kollektiv təhlükəsizlik nədir?

1 cavab var:

+1 səs
 
Dövlətlərin sülhün təmin olunmasında, təcavüzün qarşısının alınmasında və ona qarşı mübarizədə müvafiq beynəlxalq təşkilatlar vasitəsilə və ya dövlətlər arasında imzalanmış müvafiq sazişlərə əsasən həyata keçirilən birgə tədbirlər sistemidir. Kollektiv təhlükəsizlik termini beynəlxalq münasibətlər təcrübəsinə 1922 ildən Millətlər Cəmiyyəti tərəfindən daxil edilmişdi. İkinci dünya müharibəsindən sonra Kollektiv təhlükəsizlik prinsipi hüquqi cəhətdən BMT Nizamnaməsində, digər beynəlxalq müqavilələrdə və sənədlərdə (1975-ci il Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirənin Yekun Aktı) (Yekun aktı) təsdiq olunmuşdur.
Kollektiv təhlükəsizlik haqda müqavilələrə daxil olan öhdəliklər iki qrupa bölünür. Birinci qrup silahlı münaqişələri qadağan edir (təcavüzün qadağan olunması, hədə- qorxudan və ya qüvvə tətbiq etməkdən çəkinmək; mübahisələrin dinc yolla həlli və müvafiq orqan və proseduraların yaradılması və s.). Bu qrupda müharibələrin qarşısının alınmasının real təminat öhdəlikləri mühüm yer tutur. Silahlı qüvvələrin və silahların ixtisarı; digər dövlətin ərazisindən xarici qoşunların çıxarılması; xarici hərbi bazaların və təcavüzkar hərbi blokların ləğv olunması; bitərəf, silahsızlaşdırıl- mış, atomsuz zonaların yaradılması və s.
ikinci qrupa Kollektiv təhlükəsizlik sistemi üzvlərinin onlardan hər hansı birinə qarşı təcavüz aktı və ya təcavüz təhlükəsi baş verdikdə üzvlərin götürdükləri öhdəliklər daxildir. Təcavüz təhlükəsi baş verdikdə qarşılıqlı məsləhətləşmələr, təcavüzkara kömək göstərməkdən imtina etmək, təcavüz baş verdikdə is silahlı qüvvələrdən istifadə daxil olmaqla qarşılıqlı yardım göstərilir.
...