+3 səs
104 baxış
Bürclər, Fal, Magiya bölməsində

Ay yuxuda görmək

1 cavab var:

0 səs
Yuxuda bütöv ay görmək sevgidə və işdə uğura işarədir. Sirli və fövqəltəbii böyük ay uğursuz sevgi münasibətləri və evdaxili mübahisələrə işarədir. Ay tutulması epidemiya və yoluxucu xəstəliyə işarədir. Təzə ay görmək gələcəkdə rifahın artması və evlilikdə ürəyə yaxın həyat yoldaşına işarədir. Cavan qadın yuxuda öz taleyini öyrənmək üçün aya müraciət edirsə, bu, taleyin ona çoxdan gözlənilən hədiyyəsinə işarədir. Yuxuda iki ay görmək o deməkdir ki, həmin yuxunu görən adam öz xəsisliyi, xudbinliyi ucbatından sevgisini itirir. O, ayın tutqunlaşdığını görübsə, bu o deməkdir ki, xoşbəxtliyinin ən uca zirvəsində qadın nəzakətinin olmadığını aşkar edəcək. Yuxuda qırmızı ay görmək müharibə və çəkişmələrə işarədir:qadın həyat yoldaşının vətəni qorumaq üçün cəbhəyə getdiyini görəcək.Ay – sirli hakimiyyət, gözlənilməzlik,sakitlik əlamətidir.Yuxuda bədrlənmiş ay görmək – zaman gələcək, Yerdə qara qüvvələr hökmranlıq edəcək. Belə yuxunu görən insan onun taleyinə əhəmiyyətli təsir edəcək falçı ilə görüşəcək. Yuxuda Aya baxmaq – yeniliklərə can atmağınıza işarədir. Ola bilsin ki, belə yuxu Aya tez-tez kosmik ekspedisiyalar Yer kürəsində yaşayan insanlar üçün əlçatan olacaq. Ayda tünd ləkələr hakimiyyət dəyişikliyinə işarədir.Yuxuda ay işığı görmək həyatda gözlənilməz maneələrlə qarşılaşacağınıza və onu çətinliklə aradan qaldıracağınıza işarədir.Yuxuda suda və ya güzgüdə Ayın əksini görmək hadisələrin gözlənilməz dəyişilməsinə işarədir.Yuxuda parçalanmış ay görmək mənəvi yorğunluq və həyat yolunu seçməkdə çətinlik çəkəcəyinizə işarədir. Yuxuda bədrlənmiş ay pis əlamətdir. Belə yuxu Yer kürəsini yaxın vaxtlarda pis dövrün gözlədiyi deməkdir. Şeytan qüvvələri planetimizə enirlər:hakimiyyəti ələ keçirəcək və bütün dünyada həyatı dözülməz edəcək ifritələr, cadugərlər. Əgər al-qırmızı və ya qıpqırmız ay görmək Yerdə yüzlərlə həyatı məhv edəcək ekoloji fəlakətin başlanacağından xəbər verir. Fəlakət adamların göydə qanlı ay gördükləri vaxt baş verəcək, çünki məhz o, insanların təbiətə vurduqları ziyanın kədərli xatırlatması olacaq. Yuxuda Ayın üzərində tünd ləkələr görmək kosmosdan Yerə gələcək böyük təhlükədən xəbər verir. Ola bilsin ki, planet nəhəng meteoritlə toqquşacaq. Yuxuda ayın əksini suda müşahidə etmək gözləntilərinizin aldadıcı olması anlamına gəlir. Siz öz işinizdə ilk imkan ələ düşən kimi sizə kələk gələcək adama bel bağlayırsınız. Yuxuda Ay işığı görmək uzaq ölkələrə əyləncəli səfərdən xəbər verir. Səfər gözlənilməz və çox xoş olacaq. Yuxuda közərmiş Ay görmək pis əlamətdir. Belə yuxu Yerdə yeni dinin meydana gələcəyinə, onun adamların Allahdan üz çevirməsinə səbəb olacağına işarədir. Allah insanlara xəyanəti bağışlamır, ona görə də dünyanı müharibə, zorakılıq və talan gözləyir. Aya uçduğunuzu görmək kosmik ekspedisiyadan xəbər verir. Gələckdə bir çox planetlərdə adamların səfər edəcəkləri bir çox stansiyalar tikiləcək. Kosmik ekspedisiyalar tamamilə adi və asan iş olacaq.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 17 Sentyabrda anonim Bürclər, Fal, Magiya bölməsində
0 səs
1 cavab
soruşub 06 Mayda anonim Bürclər, Fal, Magiya bölməsində
0 səs
1 cavab
soruşub 06 Mayda anonim Bürclər, Fal, Magiya bölməsində
+1 səs
1 cavab
soruşub 29 Apreldə anonim Bürclər, Fal, Magiya bölməsində
+1 səs
1 cavab
soruşub 28 Apreldə anonim Bürclər, Fal, Magiya bölməsində
...