+3 səs
85 baxış
Bürclər, Fal, Magiya bölməsində
Ayaq görmək yuxuda

1 cavab var:

0 səs
Yuxuda gözəl qadın ayaqları xoşunuza gəlibsə, bu o deməkdir ki, ağlınızı itirərək yaraşıqlı bir adamla nalayiq, yüngül hərəkətlərə qapılacaqsınız. Eybəcər ayaqlar görmək faydasız məşğuliyyət və qıcıqlandırıcı yoldaşlara işarədir. Yaralı ayaq itkiyə işarədir. Yuxuda küt ayaqlar görmək o deməkdir ki, özünüzü dostlarınız qarşısında saxta vəziyyətə salacaqsınız. Yuxuda ayaqlarınızda yara varsa, bu, başqalarına kömək etməklə bağlı gəlirlərinizin azalacağına işarədir. Yaralı ayaq itkiyə işarədir. Yuxuda üç və daha çox ayağınızın olduğunu görmüsünüzsə, bu, real həyatda işdə, əməldə deyil, sözdə zirək olduğunuza işarədir. Yuxuda ayaqlarınız sözünüzə baxmırsa, sizi yoxsulluq gözləyir. Yuxuda ayaqlarınız kəsilibsə, siz dostlarınızı itirəcəksiniz və ailə üzvlərinizin müstəbid təsirinə məruz qalmaq həyatınızı dözülməz edəcək. Gənc qadın yuxuda öz ayaqlarına vurulubsa, bu o deməkdir ki, onun ağılsız məğrurluğu sevdiyi insanı özündən uzaqlaşdıracaq. Yuxuda ayaqlarını tüklü görübsə, gələcəkdə ərinə əmrlər verəcək. Yuxuda ayaqlarınız yaxşı formada, qəşəngdirsə, bu, xoşbəxt gələcək və sədaqətli dostlara işarədir. Yuxuda, sadəcə, öz ayaqlarını görmək məyusluğa işarədir. Belə yuxu böyük səylə həyat mövqeyinizi təsdiq etmək üçün xəbərdarlıq edir. Yuxuda ayaqlarınız qızarıb və şişibsə, xoşagəlməz hadisələr gözlənilir;ola bilsin, rüsvayçılıq və alçalma, işlərdə gözlənilməz dəyişikliklər, ailədə mübahisələr və s. Yuxuda insanın ayaqları axsaqdırsa və ya iflic olubsa – bu,düşmənin məğlub olacağına işarədir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 06 Mayda anonim Bürclər, Fal, Magiya bölməsində
0 səs
1 cavab
soruşub 06 Mayda anonim Bürclər, Fal, Magiya bölməsində
+1 səs
1 cavab
soruşub 29 Apreldə anonim Bürclər, Fal, Magiya bölməsində
+1 səs
1 cavab
soruşub 28 Apreldə anonim Bürclər, Fal, Magiya bölməsində
+1 səs
1 cavab
...