+3 səs
174 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Kipr məsələsi nədir?

1 cavab var:

+1 səs
 
İkinci Dünya müharibəsindən sonra imperializmin müstəmləkə sisteminin dağılması ərəfəsində ortaya çıxmış bir problemdir.
Antifaşist qüvvələri qələbəsinin yaratdığı əlverişli şərait Kipr xalqının ingilis ağalığına qarşı milli azadlıq hərəkatını gücləndirdi. Ölkə əhalisinin 78%-ni təşkil edən yunan icması Yunanıstana birləşmə - «enozis» siyasətini, əhalinin 18%-ni təşkil edən türk icması isə adanın bölüşdürülməsi - «taksim» siyasətini irəli sürdü. Bunun nəticəsində Yunanıstan və Türkiyə arasında münasibətlər kəskinləşdi.
1954-1955 illərdə yunan hökuməti K.m.-ni həll etmək təklifi ilə BMT- yə rəsmi müraciət etdi.
11.11.1959 ildə Sürixdə Yunanıstan və Türkiyə arasında və 19.11. Londonda İngiltərə, Yunanıstan, Türkiyə və Kiprin türk və yunan icmaları arasında Kipr məsələsinin həlli yolunda sazişlər imzalandı.
16.VIII.1960 ildə Kipr müstəqil respublika elan olundu. 1964 ildə Londonda İngiltərə, Yunanıstan, Türkiyə və Kiprin iştirakı ilə keçirilən konfransda adaya NATO qoşunlarını göndərmək və orada idarəçiliyə kömək etmək üçün beynəlxalq komitə yaratmaq məsələsi müzakirə olundu. BMT Təhlükəsizlik Şurasının Qətnaməsi əsasında 04.111.1964 ildə Kiprdə BMT qoşunları yerləşdirildi. Lakin adada yaşayan türk
və yunan icmaları arasında danışıqlar nəticə vermədi.
1974 ildə Kiprdə dövlət çevrilişi oldu, türk icmasına qarşı soyqırım siyasəti həyata keçirilməyə başlandı. 20.VII. isə Türkiyə öz qoşunlarını türk icmasını müdafiə etmək məqsədilə Kiprə yeritdi və adanın 36,4%-nə nəzarət etməyə başladı.
13.11.1975 ildə türk icmasının rəhbərliyi Kipr Türk Federativ dövlətini yaratdı. 20.VI.1976 ildə R.Denktaş (Denktaş Rauf) həmin dövlətin prezidenti seçildi. 15.XI.1983 ildə Şimali Kipr Türk Cümhuriyəti elan olundu.
Kiprin yunan və türk icması arasında 1968 ildən BMT xətti ilə başlanan danışıqlar bu vaxta kimi müsbət nəticə verməmiş və problem öz həllini tapmamışdır.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 14 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 14 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...