+3 голосов
115 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Kipr icmalararası danışıqları

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Şərqi Aralıq Dənizi adası olan Kipr iki icmanın: kiprli türklər və kiprli yunanların vətənidir. Ada əhalisinin 78%-ni təşkil edən yunan icması Yunanıstana birləşmə - «enozis» şüarı altında, 18%- ni təşkil edən türklər isə adanın bölüşdürülməsi - «taksim» şüarı altında çıxış edərək Kipr problemini həll etməyə çalışmışlar.
Kipr məsələsi ilə bağlı Yunanıstan və Türkiyə arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə NATO Xarici işlər Nazirlərinin XII.1958 il sessiyası bu məsələdə maraqlı tərəflər arasında danışıqlar aparmaq təklifi ilə çıxış etdi.
Danışıqlar nəticəsində 11.11.1959 ildə Yunanıstan və Türkiyə arasında Sürix, 19.11. Böyük Britaniya, Yunanıstan, Türkiyə və Kiprin türk və yunan icmaları arasında London sazişləri imzalandı.
16.VIII.1960 ildə Kipr müstəqil respublika elan olunduqdan sonra BMT xətti ilə danışıqlar davam etmişdi. 1964 ildə Londonda İngiltərə, Yunanıstan, Türkiyə və Kiprin iştirakı ilə keçirilən konfransda (Beynəlxalq konfranslar) adaya NATO qoşunlarını göndərmək və orada idarəçiliyə kömək məqsədilə beynəlxalq komitə yaratmaq məsələsi müzakirə olundu, icmaları barışdırmaq üçün adaya BMT qoşunları yeridildi.
Lakin adada yaşayan türk və yunan icmaları arasındakı danışıqlar nəticə vermədi.
Yunanıstanın irticaçı qüvvələri tərəfindən «enozis»i (birləşməni) həyata keçirmək məqsədilə adada türklərə qarşı soyqırım aksiyaları başlandı. Türkiyə onları müdafiəyə qalxdı. 20.VII.1974 ildə Türkiyə qoşunları Kipr ərazisinin 36,4%-ni tutduqdan sonra Kipr problemi yenidən BMT Təhlükəsizlik Şurasının 2-cu sessiyasında müzakirə olundu. 11.1975 ildə BMT Baş katibinin vasitəçiliyi ilə icmalararası danışıqlar başladı. 11.1975 ildə Kipr Türk federativ dövləti yaradıldı. R.Denktaş (Denktaş Rauf) həmin dövlətin prezidenti seçildi.
15.X.1983 ildə Şimali Kipr Türk Cümhuriyyəti elan olundu.
1983 ildə başlanan danışıqlar yenə də uğursuzluqla nəticələndi. 1983 ildə ŞKTC elan olunandan sonra 1.1985 ildən icmalararası danışıqlar yenidən bərpa olundu.
VIII.1988 ildə BMT Baş katibi hər iki tərəfin razılığı ilə danışıqların yeni mərhələsinə başlamaq üçün addımlar atdı. Kiprli yunanların liderinin götürdüyü qarşıdurma xətti münasibətləri kəskinləşdirdi.
Hal-hazırda icmalararası danışıqlar davam etməkdədir.

Похожие вопросы

+3 голосов
1 ответ
спросил 14 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 14 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
1 ответ
спросил 21 Янв от аноним в категории Şəxslər, Tarix
+2 голосов
1 ответ
спросил 18 Янв от аноним в категории Şəxslər, Tarix
+1 голос
1 ответ
спросил 13 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...