+2 səs
251 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Kasablanka konfransı nədir?

1 cavab var:

0 səs
 
ABŞ prezidenti F.Ruzveltin (Ruzvelt Franklin Delano) və В.Britaniyanın baş naziri U.Çörçillin (Çörçilli Uinston Leonard Spenser), habelə hər iki dövlətin ali hərbi rəhbərlərinin ikinci dünya müharibəsində birgə strategiya işləyib hazırlamaqdan ötrü çağırılmış müşavirəsi. Anfa, Kasablanka şəhəri ətrafında (keçmiş fransız Mərakeşi) 14-24.1 keçirilib. i.Stalin (Stalin iosif Vissarionoviç) konfransa (Beynəlxalq konfranslar) dəvət olunmuş, lakin sovet-alman cəbhəsində hərbi əməliyyatlara rəhbərliklə məşğul olduğundan iştirak etməmişdi.
Kasablanka konfransıda alman bloku dövlətlərinə qarşı 1943 il üçün hərbi əməliyyatların perspektivi müzakirə edilmişdi. Tərəflər təsdiq etmişlər ki, Birləşmiş Millətlərin birinci dərəcəli vəzifəsi Hitler Armaniy- asını darmadağın etməkdir. Lakin, siyasi mülahizələri əldə rəhbər tutan Kasablanka konfransı nın iştirakçıları Avropada ikinci cəbhəni açmaq barədə SSRİ ilə bundan əvvəl əldə edilmiş razılaşmaları pozaraq bunun əvəzinə ayrı-ayrı manevrlər təşkil etməyi qərara aldılar ki, bu da əslində müharibəni uzatmağa gətirib çıxardı. 1943 ildə La-Manşı keçmək məsələsi Kasablanka konfransıda həll edilmədi. Müttəfiq qoşunlarının Şimalı Afrikada əməliyyat kompaniyasının başa çatmasından sonra Siciliyaya müdaxilə etmək barədə Kasablanka konfransı iştirakçılarının təsdiq etdikləri plan boğazın 1943 ildə keçilməsi imkanını praktik
olaraq mümkünsüz etdi. Kasablanka konfransıda Atlantikada alman-faşist sualtı qayıqlarına qarşı mübarizəni gücləndirmək, Almaniyanın bombardman edilməsini genişləndirmək, atom bombası ilə bağlı işlərin gedişinə dair informasiya mübadiləsi haqqında qərarlar çıxarılmışdı.
Həmçinin 1943 ildə Sakit okeanda müharibə aparmaq planı işlənib hazırlanmışdı. Çörçill Ruzvelti əmin etmişdi ki, nasist Almaniyası üzərində qələbə çalınması ilə Britanyia Yaponiyaya qarşı müharibədə ən fəal şəkildə iştirak edəcəkdir. Qərb liderləri belə nəticəyə gəldilər ki, Yaponiyaya qarşı müharibəni uğurla başa çatdırmaqdan ötru SSRİ-nin ona qoşulması zəruridir. Ən yaxın hərbi tədbir kimi Şimali Birmaya hücum, qəsbkarların Rabaııla (Yeni Britanyia adası) şəhərindən çıxarılması, Çində hərbi-hava qüvvələri kontingentinin artırılması planı qəbul edildi.
Kasablanka konfransıda bir sıra siyasi məsələlər də müzakirə edildi. Daha çox diqqət Fransa probleminə yetirildi və burada Kasablanka konfransı iştirakçıları arasında ciddi fikir ixtilafı ortaya çıxdı. Həm Ruzvelt, həm də Çörçill Şimali Afrikada fransız adminii- strasiyasının rəhbərliyinə özləri üçün məqbul namizədi qoymağa çalışırdılar. Kasablanka konfransının gedişində ABŞ prezidentinin və Britaniya baş nazirinin general de Qoll ilə danışıqları oldu; ABŞ-ın hakim dairələri onu Fransanın azadlığı uğrunda mübarizənin lideri saymaqdan cidd- cəhdlə imtina edirdilər. Nəticədə yalnız belə bir razılaşmaya nail olundu ki, gələcəkdə general de Qoll (Qoll Şarl De) və general Cironun başçılıq edəcəkləri vahid fransız administrasiyasının yaradılması vacibdir. Kasablanka konfransıda faşist dövlətlərinə qarşı müharibəyə Türkiyənin də qoşulması müzakirə edildi. Danışıqlar aparmağı Çörçill öz üzərinə götürdü (Adana konfransı 1943).
Müharibədən sonrakı dövrdə müstəmləkələrin taleyi məsələsi Kasablanka konfransı iştirakıçıları arasında kəskin fikir ayrılığı doğurdu. Çörçill Britaniya müstəmləkə imperiyasını saxlamağa cəhd göstərirdisə, ABŞ-ın hakim dairələri hesab edidilər ki, müstəmləkə ölkələrinə formal müstəqillik verməklə orada aparıcı mövqe tuta bilərlər.
24.l-də keçirilmiş mətbuat konfransında Ruzvelt və Çörçill müttəfiqlərin düşmənə qarşı «qeyd-şərtsiz təslimədək» müharibə aparmaq niyyətində olduqlarını bəyan etdilər.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 14 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...