1. Bir şeyin gerçək olduğunu yoxlama və təsdiqləmə prosesi.
Avtomatlaşdırılmış sistemə, yaxud xüsusi otağa, məsələn, studiyaya daxil olmaq istəyən şəxsin autentifikasiyası həmin şəxsdən özü haqqında konfidensial məlumat (loqin, parol) tələb etməklə, smart-kartlarla, yaxud biometrik üsulla həyata keçirilə bilər. Sənədlər isə fiziki və ya kimyəvi tədqiqat üsulları ilə autentifikasiyadan keçirilir.
2. Mənbədən asılı olmayaraq məlumatın daxili strukturunu təhlil etməklə onun gerçəkliyinin yoxlanılması metodikası.