Yayıma xüsusi razılıq (lisenziya) almaq üçün teleradio yayımçısının dövlət büdcəsinə ödəməli olduğu birdəfəlik rüsum.
Lisenziya haqqının məbləği müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilir. Lisenziyanın qüvvədə olduğu müddət bitdikdə onun vaxtını uzatmaq, yaxud yeni razılıq almaq üçün yayımçı təkrar rüsum ödəməlidir.