Bütün sahələrdə, yaxud ayrı-ayrı fənlər, istiqamətlər üzrə sistemli və yığcam bilgilər verən məlumat xarakterli elmi, elmi-kütləvi nəşr.
Bu baxımdan insan və dünya haqqında bütün bilikləri özündə əks etdirən universal ensiklopediyalarla yanaşı, milli, regional, eləcə də ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış ensiklopediyalar mövcuddur. Ensiklopediyada məqalələr əlifba sırası ilə, bəzi hallarda isə həm də mövzu bölgüsü əsasında yerləşdirilir. Müasir anlamda ilk E. XVIII əsrdə fransız ensiklopedistləri tərəfindən hazırlanıb. Ən nüfuzlu universal E.-lara “Britaniya ensiklopediyası” (ABŞ və Böyük Britaniya), “Böyük Brokhauz” (Almaniya), “Böyük Laruss” (Fransa) misal ola bilər.