+3 səs
1,264 baxış
Elm, Təhsil, Dillər bölməsində

Ensiklopediya nə deməkdir? 

5 Cavab

+1 səs
 
Bütün elm və fəaliyyət sahələrinə dair, yaxud bir sahə, ölkə və şəxsiyyətlə bağlı hərtərəfli, sistemli, ən vacib və yığcam məlumat verən elmi nəşr, toplu.
Üzeyir Hacıbəyli ensiklopediyası.
+1 səs
Bütün sahələrdə, yaxud ayrı-ayrı fənlər, istiqamətlər üzrə sistemli və yığcam bilgilər verən məlumat xarakterli elmi, elmi-kütləvi nəşr.

Bu baxımdan insan və dünya haqqında bütün bilikləri özündə əks etdirən universal ensiklopediyalarla yanaşı, milli, regional, eləcə də ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış ensiklopediyalar mövcuddur. Ensiklopediyada məqalələr əlifba sırası ilə, bəzi hallarda isə həm də mövzu bölgüsü əsasında yerləşdirilir. Müasir anlamda ilk E. XVIII əsrdə fransız ensiklopedistləri tərəfindən hazırlanıb. Ən nüfuzlu universal E.-lara “Britaniya ensiklopediyası” (ABŞ və Böyük Britaniya), “Böyük Brokhauz” (Almaniya), “Böyük Laruss” (Fransa) misal ola bilər.
+1 səs
Tarixi şəxsiyyətlər, hadisələr, ölkələr, şəhərlər və s. haqqında məlumatların, müxtəlif sahələrə dair terminlərin izahının əks olunduğu lüğət.
0 səs
Məcazi mənada: həyatı geniş və hərtərəfli əks etdirən bədii əsər haqqında.
0 səs
Biliyin bütün, yaxud ayrı-ayrı sahələrinə dair lüğət şəklinə salınmış kitab.

Oxşar suallar

+1 səs
1 cavab
0 səs
0 cavab
soruşub 22 Apreldə anonim Terminlər, Sözlər bölməsində
+1 səs
3 cavab
soruşub 06 Apreldə anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
2 cavab
soruşub 25 Martda anonim Elm, Təhsil, Dillər bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Elm, Təhsil, Dillər bölməsində
...