+3 гол-в
197 просмотров
от в категории Terminlər, Sözlər

Marşal nədir? 

3 Ответы

+1 голос
от
 
Лучший ответ
Bəzi ölkələrin ordularında yüksək hərbi ad və ya rütbə, habelə belə adı və ya rütbəni daşıyan adam.
Səlim xansa güvənib uca, kəskin dağlara; Nişan aldı marşalın dəli məğrur başını. (A.İldırım).
+1 голос
от
1. Orta əsrlərdə Fransada saray rütbəsi.

Əvvəlcə kralın atlarına qulluq edən xidmətçi, XII əsrdən – sarayda kralın cangüdənlərinə, süvari mühafizə dəstəsinə və at tövlələrinə rəhbərlik edən yüksək mənsəb sahibi, XIII–XV əsrlərdə isə kral qoşununun bir hissəsinin komandanı marşal adlanıb.

2. Bir sıra ölkələrin ordularında ali hərbi rütbə.

Bu ali rütbə ilk dəfə XVI əsrdə Fransada, XIX əsrdə İspaniya, Türkiyə, İtaliya və Yaponiyada, XX əsrdə isə Böyük Britaniya, Polşa, Rumıniya, Hindistan, Çin və bir çox digər ölkələrdə tətbiq edilib.

3. Polşada bəzi mülki vəzifəli şəxslərin rütbəsi; məs.: seym Marşalı
+1 голос
от
V əsrdə hərbi əməliyyatlarda süvari qoşunların rolunun artması ilə bərabər, at saxlayan və ona təlim keçən insanların cəmiyyətdə mövqeləri də yüksəldi. Mehtərbaşının (və ya konsteblin) tabeliyində “marşallar” (“Marahshalh” – qədim german sözü olaraq “madyanlara cavabdeh nökər” deməkdir) var idi.

Fransız dilində bu söz “marechal”a, ingilis dilində isə “marshal”a çevrildi. “Konstebl” sözü kimi “marşal” da tövlədən orduya qədər bir yol qət etdi.

Dünyanın ən məşhur marşalları Fransada doğulublar. Taxt-tac Burbonlar sülaləsinin əlində olan vaxtlar ən tanınmış marşallar Türenn və Voban idi. Napoleonun dövründə isə marşal rütbəsi xüsusi nüfuz qazandı. O, Fransanın hərb sənətinə şöhrət qazandıran və millətin qaymağına çevrilən 18 sərkərdəyə marşal adı verdi. 1918-ci ildə, I Dünya müharibəsi vaxtı Ferdinand Foş və Anri Peten bu rütbəyə layiq görüldülər.

Hal-hazırda dünyanın bir çox ordularında marşal rütbəsi mövcuddur. (Ayzek Azimov. Sözlərin tarixi)

Похожие вопросы

+1 голос
2 ответов
спросил 17 Янв от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
1 ответ
спросил 25 Дек, 20 от аноним в категории Şəxslər, Tarix
+1 голос
4 ответов
спросил 17 Окт от аноним в категории Terminlər, Sözlər
+1 голос
3 ответов
спросил 14 Окт от аноним в категории Terminlər, Sözlər
+1 голос
1 ответ
спросил 14 Окт от аноним в категории Terminlər, Sözlər
...