0 səs
171 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Turizm və zəvvarliq mərkəzləri

1 cavab var:

0 səs
 

Nəhəng turizm mərkəzləri rolunu məşhur muzeylər, rəsm qalereyaları, idman kompleksləri, memarlıq əsərləri və digər diqqətəlayiq obyektlər cəmlənən böyük şəhərlər oynayır. Onların şöhrəti kütləvi rəngarəng tamaşaların - karnavalların, festivalların, olimpiadaların, paradların hesabına artır. Turizm mərkəzləri arasında Roma, Paris, Madrid, Barselona, Rio-de-Janeyro, Buenos-Ayres, Vaşinqton və bu kimi şəhərlər xüsusilə seçilir. Çoxsaylı ekskursantlara xidmət göstərilməsi böyük şəhərlərin vəzifələrindən yalnız biridir.

Lakin elə şəhərlər var ki, onlar üçün turizm mərkəzləri rolu əsasdır. Onların arasında Venesiya, Bryuqqe, Ravenna, Dubrovnik (onun haqqında ingilis dramaturqu Bernard Şou deyib: “Kim yer üzündə cənnət axtarırsa, Dubrovnikdə olmalıdır”) kimi məşhurlar var.

Həmçinin, vaxtilə Şimal-Şərqi Rusiyanın (Rostov-Suzdal) paytaxt şəhəri, sonra isə Suzdal-Nijeqorodsk knyaz-lığının paytaxtı şanlı Suzdal da məşhurdur. Orada 5 monastır və 37 kilsə var. Adətən, kilsələr qoşa tikilirdi: böyüyü - soyuq, yay üçün; onun yanında kiçik kilsə - isti, qış üçün.

Vladimir vilayətinin tarixin təbiətlə harmonik yaşadığı bu kiçik şəhərciyində, müasir memarlar Kamenka çayı dərəsində turist mərkəzinin binalarını elə uğurla yerləşdirə bildilər ki, onlar uzaq keçmişin üzərinə kölgə salmadı, keçmişin çox qəşəng görünüşündən alınan təəssüratı korlamadılar.

Dini mərkəz olan şəhərlər öz cazi-bədarlığına görə turizm mərkəzlərinə oxşardır. Onlar dünyəvi dinlərin müqəddəs yerlərini - Yerusəlimi (Qüds), Məkkəni, Lxasanı, Benoresi ziyarət edən çox böyük sayda insan cəlb edir. Bütün dünyaya məlum olan bu şəhərlərdən başqa, çoxsaylı digər, bəzən çox kiçik, lakin bu və ya digər ölkədə xüsusi şöhrətə malik şəhərlər də mövcuddur.

Oxşar suallar

+3 səs
1 cavab
+2 səs
3 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...