+2 səs
196 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

İstanbul sülh müqaviləsi (1700)

1 cavab var:

0 səs
 
1683 ildə Macarıstan uğrunda başlanan Avstriya-Türkiyə müharibəsi 1684 ildə Türkiyəyə qarşı Avropa dövlətlərinin hərbi koalisiyasının (Avstriya. Polşa, Venetsiya, Malta, «Məqəddəs ittifaq», 1686 ildə Rusiya da bu ittifaqa qoşuldu) yaranmasına səbəb oldu. Müqəddəs ittifaqın üzvləri ilə Türkiyə arasında 26.1.1699 ildə Karlovitsa sülhü bağlandı. Lakin Rusiya bu sülhə imza atmadı, I Pyotrun (Pyotr I) tələbi ilə müstəqil sülh danışıqlarına başlandı və 13.VI.1700 ildə istanbul sülhünün bağlanması ilə nəticələndi. M. sülhə görə Azov Rusiyaya verilirdi. Krım xanının Rusiya ərazilərinə yürüşlərinin qarşısı alınmalı idi və Rusiya istanbulda diplomatik səfirlik açmaq hüququ əldə etdi.
1879 il müqaviləsi. 1878 ıl Berlin konqresindən (Beynəlxalq konqres) sonra 08.11.1879 ildə Türkiyə ilə Rusiya arasında «Sülh və dostluq» haqqında müqavilə (Beynəlxalq müqavilə) imzalandı. M. San-Stefano sülh müqaviləsinə Berlin konqresində edilmiş dəyişiklikləri təsdiq etdi. Yeni Müqaviləyə gorə Türkiyə 802,5 milyon frank məbləğində təzminat ödəməli və rus ticarəti haqqında əvvəlki öhdəlikləri bərpa etməli idi.
1913 müqaviləsi, ikinci Balkan müharibəsi (Bolqarıstana qarşı Serbiya, Çernoqoriya, Yunanıstan və Rumıniya) zamanı Türkiyə 1911-1912 illər I Balkan müharibəsində (Balkan müharibələri) itirdiyi əraziləri geri qaytardı və Ədirnəni Bolqarıstandan geri aldı. II Balkan müharibəsinin yekunu olaraq istanbulda 29.IX.1913 ilda Bolqarıstanla Türkiyə arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə görə Şərqi Fra-kiya, Qırıq-Kilsə, Lülə-Burqas və Ədir-nə Türkiyəyə qaytarıldı.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 20 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...