İstanbul (Tərsanə) konfransı (Beynəlxalq konfranslar) 1875-1876 illərdə Bosniya və Hersoqovinada, Bolqarıstanda, Serbiya və Çernoqoriyada (Qaradağ) başlanan antiosman üsyanlarının yatırılması zamanı Rusiyanın xristian əhalisinin hüquqlarının qorunması pərdəsi altında Avropa dövlətlərinə müraciəti və onların Türkiyəyə verdiyi Memorandum əsasında 23.XII.1876 ildən 20.1.1877 ilədək istanbulda İngiltərə, Fransa, Almaniya, Avstriya- Macarıstan, İtaliya və Rusiyanın səfirlərinin iştirakı ilə çağırılmışdı.
Lakin 1876 ildə Türkiyədə bütün əhalinin bərabərliyini elan edən Konstitusiya qəbul edildikdən sonra Türkiyə hökuməti konfransın xristian bölgələrinə muxtariyyət verilməsi haqda qərarını rədd etdi və istanbul konfransı iflasa uğradı.