+2 səs
136 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

İspan varisliyi nədir?

1 cavab var:

0 səs
Varissiz İspaniya kralı II Karl Habsburq 1700 ildə öldükdən sonra ispan varisliyinin bölünməsi problemi dünya siyasətində ən mühüm yer tutdu. Məsələ Avropa hökmdarlarından hansının geniş ispan mülklərinə sahib olacağı idi. ispan varisliyinə iddiaçı olan Fransa kralı XIV Lüdovik hələ Karlın ölümündən əvvəl bu məsələyə dair İngiltərə və Niderlandla danışıqlara getmiş, onların dəstəyindən bəhrələnməyə və mümkün ola biləcək antifransız koalisiyalarından götürməyə cəhd göstərmişdi. 1698 ildə o, İngiltərə kralı III Vilhelm Oranski ilə İspaniya taxt-tacını üç iddiaçı; öz nəvəsi Hersoq Filipp Anjuyski, imperator Leopold Habsburqun oğlu ershersoq Karl və Kurfyurst Bavarskinin oğlu iosif Ferdinand arasında bölmək barədə saziş bağladı. II Karl İspaniyanın bölünməsinə mane olmağa cəhd göstərirdi və buna görə öz taxt-tacını yalnız Filipp Anjuyskiyə vəsiyyət etdi. II Karl öləndə XIV Lüdovik İngiltərə və Niderlandla bağladığı müqavilələrin (Beynəlxalq müqavilə) əksinə olaraq onun vəsiyyətinə əməl etdi, lakin bu halda həm də söz verdi ki, İspaniya Fransa ilə vahid krallıqda birləşməyəcəkdir, imperator Leopold, III Vilhelm Oranski və demək olar bütün alman knyazları XIV Lüdovi- kə qarşı çıxdılar. 1701-1714 illərdə ispan varisliyi üstündə müharibə baş verdi və bu müharibə 1713 il Utrext sülh müqaviləsi və 1714 il Raştatt slüh müqaviləsilə başa çatdı.

Oxşar suallar

+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...