YUNESKO çərçivəsində işlənib hazırlanmış və 1978 ildə bu təşkilatın XX Baş konfransında (Beynəlxalq konfranslar) qəbul olunmuşdu.
Bəyannamə ayrı-ayrı irqə, yaxud etnik qruplara üstünlük verən və ya onları qeyri-kamil sayan irqçilik nəzəriyyələrini elmi cəhətdən əsassız sayıb, onları mənəvi və etik prinsiplərə zidd görüşlər kimi ifşa edir. Bu sənəd dövlətləri irqi ayrı-seçkiliklə (irqçilik) - onun bütün təzahür formalarında - .mümkün olan bütün vasitələrlə mübarizə aparmağa, xüsusən irqçilik əleyhinə biliklərin yayılması, irqi cəhalətin kökünün kəsilməsi məqsədilə təhsil, mədəniyyət və informasiya sahələrində lazımi tədbirlər görməyə çağırır.