+3 səs
132 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

İran - ABŞ münaqişəsi

1 cavab var:

+1 səs
 
İranın islam inqilabının, habelə ABŞ-ın iranda 1979 il antimonarxiya və antiimperialist inqilabından sonra itirilmiş mövqelərini yenidən bərpa etmək cəhdlərinin nəticəsi idi; 04.XI.1979 ildə Tehranda iranlı tələbələrdən ibarət nümayişçilər tərəfindən ABŞ səfirliyi ələ keçirildi. Səfirliyin binasında 60 nəfərə yaxın əməkdaş girov götürüldü. Xomeyni hökuməti ABŞ-dan tələb etdi ki, ölkədən qaçmış sabiq şah Məhəmməd Rza Pəhləvi mühakimə olunmaqdan ötrü irana təhvil verilsin, onun özü və ailə üzvləri tərəfindən ölkədən çıxarılmış sərvətlər irana qaytarılsın, İrandakı əksinqilabçı qüvvələrə dəstək verilməsi dayandırılsın və iranın daxili işlərinə hər hansı formada qarışmaya yol verilməsin (Qarışmamaq prinsipi). ABŞ öz növbəsində irana qarşı bir sıra siyasi və iqtisadi aksiyalara əl atdı; diplomatik əlaqələrin kəsilməsi, ABŞ banklarında və xarici firmalardakı iranın dövlət avu- arlarına (12 mlrd, dollar) həbs qoyulması, iqtisadi blokada elan edilməsi, ölkədən iranlı tələbələrin çıxarılması və s. tədbirlər bu qəbildəndir.
ABŞ 1979-1980 illər ərzində iran sahillərində onlarca hərbi gəmi cəmləşdirmişdi. 25.IV.1980 ildə girovların azad edilməsi məqsədilə ABŞ-ın irana hərbi desant çıxarmaq cəhdləri boşa çıxdı.
1980 ilin sonlarında Əlcəzairin vasitəçiliyi ilə iran və ABŞ nümayəndələri arasında girovların azad olunmasına dair danışıqlar başlandı.
Əldə olunmuş razılığa əsasən, iran 20.1.1981 ildə ABŞ səfirliyinin bütün əməkdaşlarını azad etdi. ABŞ hökuməti bundan belə irana münasibətdə müdaxilə etməmək siyasəti yürüdəcəyini bildirdi və öhdəyə götürdü ki, iran avuarlarına qoyulan həbsi dayandıracaq, onları irana qaytaracaq, ABŞ idarələrinin və vətəndaşlarının irana maliyyə iddiaları ilə bağlı məhkəmə işlərinə xitam veriləcək, bu xüsusda əvvəlki məhkəmə qərarları ləğv olunacaq, irana qarşı ticarət sanksiyası qüvvədən düşmüş hesab olunacaq, şaha və onun ailəsinə aid mülkiyyətin aidiyyəti üzrə verilməsinə qadağa qoyulacaqdır, iran isə Amerika tərəfindən qaytarılacaq məbləğin hesabına dövlət borclarını ödəməyi, habelə Amerika şirkətlərinin və ayrı-ayrı şəxslərin mümkün iddialarını təmin etməyi öhdəyə götürdü. Buna baxmayaraq iran-ABŞ münasibətlərindəki gərginlik bu günə qədər qalır.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 11 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 11 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...