+3 гол-в
114 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

İraq - İran müqavilələri və sazişi

1 Ответ

+1 голос
от
 
Лучший ответ
1) 1937 il müqaviləsi (Beynəlxalq müqavilə); 04.VII. sərhədlərə dair (Dövlət sərhədləri), xarici işlər nazirləri tərəfindən Tehranda imzalanıb.
Müqaviləəsasən, sərhədin Şəttül-ərəb çayınını sol sahili (iran) boyu saxlanılması qüvvədə qalırdı; çayın sularında bütün millətlərin mülki gəmiləri və razılaşan tərəflərin hərbi gəmiləri üçün azad üzmə nəzərdə tutulurdu (3-cü dövlətə də belə bir hüquq verilirdi, bir şərtlə ki, həmin dövlət razılaşan tərəflərə qabaqcadan bu barədə məlumat versin).
Müqavilənin imzalanması tərəflərə 1937 il Səədabad paktında iştirak etməyə və həmin ildə daha iki sənəd: 18.VII. dostluğa dair və 24.VII. xtilafları tənzimləmək barədə müqavilə bağlamağa imkan verdi.
2) 1975 iş sazişi («Əlcəzair sazişi» kimi də tanınır); OPEK üzvü ölkələrin dövlət başçılarının Əlcəzair konfransının (Beynəlxalq konfranslar) gedişində iran şahı ilə İraq inqilabi Komandanlıq Şurası sədrinin müavini arasında danışıqlara dair Birgə Bəyanat şəklində imzalanıb. S. «tərəflər arasında mövcud olan bütün problemlərin qəti və etibarlı şəkildə tənzimlənməsi» üzrə razılaşmaları, İraqla iran arasında quru sərhədini 1913 il istanbul protokolu və sərhədlərin delimitasiyası üzrə komissiyaların 1914 il protokolları əsasında demarkasiyasının və çay sərhədinin talveq xətti üzrə delimi- tasiyasını nəzərdə tuturdu.
Müqaviləyə əlavə edilmiş məxfi protokola əsasən Teharn İraq ərazisində yaşayan kürdlərin separatçılıq hərəkatını dəstəkləməyəcəyini öhdəyə götürürdü. Lakin iran kürd faktorundan Bağadada qarşı istifadə edərək kürdlərin muxtariyyət uğrunda mübarizəsinə hərtərəfli yardım göstərirdi. İraq hökuməti İranda monarxiyaya qarşı başlanan hərəkata rəhbərlik edən Ayətulla Xomeynini İraqdan çıxaracağı barədə təəhhüd götürmüşdü. Xomeyni 1964 ildə İrandan sürgün edildikdən sonra bir müddət Türkiyədə və sonralar İraqda (Nəcəf) sığınacaq tapmışdı.
3) 1975 il müqaviləsi, dövlət sərhədləri və qonşuluğa dair, 1975 il sazişi əsasında və onu inkişaf etdirmək məqsədi ilə bağlanmışdı, 13.VI Bağdadda imzalanıb; quru sərhədlərin demarkasiyası və çay sərhədlərinin deli- mitasiyası, həmçinin İraq-iran sərhədlərində təhlükəsizlik məsələlərini ehtiva edir.
Tərəflər 26.XII. 1975 ildə müqaviləyə əlavə olaraq dörd saziş imzaladılar. Bunlar Şəttül-Ərəb çayında gəmiçiliyə, sərhəd çaylarından və otlaqlardan istifadəyə və sərhəd komissarlarının hüquqlarına dair məsəlləri əhatə edirdi.
Müqavilə imzalananadək İran-İraq birgə komissiyası tərəfindən quru sər- həddinin son olaraq demarkasiyası və çay sərhədinin delimitasiyası (talveq xətti üzrə) aparıldı.
Müqavilədə İraqla iran arasındakı quru və çay sərhəd xətti toxunulmaz, daimi və son variant olaraq təsbit edildi, müqavilənin müvafiq müddəları və ona qoşulan protokollar isə bu sərhədlərin hər hansı ad altında dəyişikliyə uğraya və pozula bilməyəcəyini təsdiqlədi.
Bununla belə, sərhədlərə dair bu müqavilənin bağlanması İraqla iran arasında mübahisəli məsələlərin tənzimlənməsinə gətirib çıxarmadı.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 11 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+3 гол-в
1 ответ
спросил 21 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+3 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
...