+3 səs
90 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

İraq - İran müharibəsi

1 cavab var:

+1 səs
 
İraqla iran arasında sərhəd (Dövlət sərhədləri) problemləri ilə bağlı uzun müddət davam edən mübahisələr üzündən, habelə siyasi, dini və milli-etnik zəmində baş vermişdi.
1980 ildə İraq-İran sərhədində tez-tez baş verən münaqişələr geniş miqyaslı hərbi əməliyyatlara çevrildi. 17.IX.-də İraq 1975 il sazişinin və müqaviləsinin qüvvədən düşdüyünü bildirdi və 22.IX. hərbi əməliyyatlar iran ərazisinə keçirildi.
Səddam rejimi əslində iran islam inqilabının qələbəsindən sonra yaranmış hakimiyyət boşluğundan və fürsətdən istifadə edərək, iranın əsas neft rayonu olan Xuzistanı ələ keçirmək və bu ölkəni Fars körfəzindən sıxışdırıb çıxarmaq niyyətində idi.
Müharibəni qısa müddətdə başa çatdırmağın qeyri-mümkünlüyünü dərk edən Səddam Hüseyn VI.1982 ildə atəşi dayandırmaq və öz qoşunlarını iran ərazisinin bir sıra işğal olunmuş rayonlarından çıxarmaq barədə qərar qəbul etdi. Lakin İraqın bu qərarını qəbul etməyən iran hərbi əməliyyatları İraq ərazisinə keçirdi və bununla da müharibənin gedişində yeni mərhələ başlandı.
BMT Təhlükəsizlik Şurası İraq və iranı hərbi qarşıdurmadan çəkindirmək məqsədilə mübahisəli məsələləri dinc yolla həll etməyə dair qətnamələr qəbul etmişdir. 23.IX.1980 ildə BMT Baş katibi K.Valdhaym İraq və iran rəhbərlərinə hərbi əməliyyatları dayandırmaq və münaqişəni dinc yolla həll etmək çağırışı ilə müraciət etdi. BMT Təhlükəsizlik Şurası 28.IX.1980 ildə hərbi əməliyyatların dayandırılması və münaqişəni nizamlamaq üçün vasitəçilərin (Vasitəçilik) xidmətindən istifadə edilməsini nəzərdə tutan 479№-li qətnamə qəbul etdi. 12.XI.1980 ildə tanınmış İsveç siyasi xadimi U.Palma BMT Baş katibinin İraq-iran münaqişəsinin nizamlanmasında vasitəçilik edəcək xüsusi nümayəndəsi təyin edildi. Lakin onun 1981 ildə Bağdada və Tehrana səfərləri və apardığı danışıqlar nəticəsiz qaldı. BMT Təhlükəsizlik Şurası İraq-iran müharibəsinə dair 522(4.X.1982), 540(31.X.1983) və 598 (20.VII. 1987) saylı qətnamələr qəbul etdi.
Sonuncu qətnamədə İraq və irandan hərbi əməliyyatları dayandırmaq tələb olunurdu. İraq hökuməti bu qətnaməni VII.1987 ildə, iran isə VI.1988 ildə tanıdığını bildirdi. VI.1988 ildə BMT-nin vasitəçiliyi ilə İraqla iran arasında danışıqlar başlandı. Danışıqlar nəticəsində 20.VIII.1988 ildə İran-İraq cəbhəsində atəşkəs haqqında razılaşma əldə edildi, lakin sülh barədə müqavilə imzalanmadı.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 11 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 25 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Fevralda anonim Şəxslər, Tarix bölməsində
...