+2 səs
282 baxış

İnteqrasiya nədir?

2 Cavab

0 səs
Ümumi mənada götürdükdə müxtəlif elementlərdən təşəkkül tapan bütövlük deməkdir.
Siyasətdə və iqtisadiyyatda inteqrasiya anlayışı cəmiyyətin, dövlətin daxili vəziyyətini səciyyələndirə bilər, yaxud daha geniş millətlərarası məcmuya inteqrasiya edən dövlətə aid edilə bilər, i prosesləri obyektiv əsasa malik olub, məhsuldar qüvvələrin inkişafı, müasir cəmiyyətin elmi-texniki tərəqqisi ilə şərtləndirilir, əməyin beynəlxalq bölgüsünü gücləndirməyə və təsərrüfat həyatını beynəl-miləlləşdirməyə olan meyli əks etdirir.
İnkişaf tapmış dövlətlərin iqtisadi inteqrasiyası onların qarşılıqlı iqtisadi münasibətlərində və üçüncü ölkələrlə münasibətlərində razılaşdırılmış dövlət-inhisar siyasətini həyata keçirməyin çağdaş mərhələsidir. Bu inteqrasiya yeni-yeni regional iqtisadi qruplaşmaların və birliklərin yaradılması formasında inkişaf tapır.
0 səs
1. Müxtəlif sistemlərin və ya sistemin hissə və elementlərinin bir-birinə qovuşması, uyğunlaşması.
İnteqrasiya prosesi. İqtisadi inteqrasiya.

2. Pedaqogika. Təlimin müxtəlif məzmun komponentləri (fənlər, mövzular) arasında struktur əlaqələri qurmağı tələb edən didaktik prinsip.
Təhsildə inteqrasiya.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 14 Apreldə anonim
+3 səs
1 cavab
soruşub 13 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 24 Yanvarda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
2 cavab
soruşub 23 Yanvarda anonim Elm, Təhsil, Dillər bölməsində
+2 səs
2 cavab
soruşub 21 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
...