+3 гол-в
106 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

İnsan haqqlarına dair ümumi bəyannamə (1948)

1 Ответ

0 гол-в
от
BMT Baş Məclisinin tərəfindən qəbul edilmiş, BMT Nizamnaməsinin insan haqqlarına dair müddəaları nəzərə alınmaqla işlənib hazırlanmış və bütün xalqların və dövlətlərin həyatında zəruri olan sənəd kimi 10.XII. elan edilmişdir.
Bəyannamə insan haqlarına dair ilk xüsusi beynəlxalq sənəddir; burada insanın əsas hüquq və azadlıqlarına hamılıqla hörmət olunmasının zəruriliyi qeyd edilir, onların mündəricəsi verilir; bütün insanların hər hansı şəkildə ayrı- seçkiliyə məruz qalmamaqla bərabərliyi, yaşamaq, sərbəstlik və şəxsi toxunulmazlıq hüququ, şərəf və ləyaqətinin, mənzilinin toxunulmazlığı hüququ, hər bir şəxsin hüquqlarının məhkəmədə qərəzsiz müdafiə olunması hüququ; mülki və siyasi hüquq, vətəndaşlıq və sığınma hüququ, şəxsi əmlaka mali- kolma hüququ, izdivac, fikri sərbəst bəyan etmək hüququ, vicdan, din və əqidə azadlığı, dinc yığıncaqlar keçirmək və assosiasiyalar yaratmaq hüququ, gizli səsvermə zamanı hamılıqla bərabər şəkildə seçkilərdə iştirak etmək hüququ, işləmək hüququ və bərabər əməyə görə bərabər zəhmət haqqı almaq hüququ, həmkarlar təşkilatları yaratmaq, istirahət etmək, sosial təminat, təhsil almaq və cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ.
Bəyannamə dövlətlər üçün tövsiyə xarakteri daşıyır. İştirakçı dövlətlər üçün hüquqi baxımdan icbari olan İnsan haqqlarına dair 1966 il Müahidələri bu Bəyannamə əsasında işlənib hazırlanmışdır. 10.XII. - BMT BM tərəfindən insan haqqları Günü elan edilmişdir.
Müahidələrə əsasən, dövlətlər özləri tərəfindən görülmüş tədbirlərin və müahidələrdə nəzərdə tutulmuş hüquqların həyata keçirilməsi sahəsində əldə edilmiş tərəqqiyə dair hesabatlar təqdim etməyi öhdələrinə götürürlər. Məruzələr BMT-nin iqtisadi və Sosial Şurasında nəzərdən keçirilib baxılır; bu məqsədlə bu Şura çərçivəsində xüsusi işçi qrupu fəaliyyət göstərir.
Müahidələr 1976 ildən qüvvədədir.

Похожие вопросы

+2 гол-в
1 ответ
+3 гол-в
1 ответ
+3 гол-в
1 ответ
спросил 09 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
3 ответов
спросил 19 Окт, 19 от аноним
...