+3 səs
134 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

İnsan haqqları komitəsi nədir?

1 cavab var:

+1 səs
 
Mülki və siyasi hüquqlara dair 1966 il Beynəlxalq Müahidənin müddəalarına müvafiq olaraq yaradılmışdır (insan haqqlarına dair 1966 il Müahidələri). İnsan haqqları komitəsi. 18 nəfər üzvdən ibarətdir, üzvlər sözügedən müahidənin iştirakçısı olan ölkələr tərəfindən öz vətəndaşları arasından 7 il müddətinə seçilirlər.
İnsan haqqları komitəsinin üzvləri öz vəzifələrini dövlətlərin təmsilçiləri kimi deyil, fərdi şəxs qismində yerinə yetirirlər, İnsan haqqları komitəsinin özünəxas prosedura qaydaları vardır. Üzvlərin seçilməsində ədalətli coğrafi bölgüyə, habelə «müxtəlif formalı sivilizasiyaların və başlıca hüquqi sistemlərin» təmsilçiliyinə diqqət yetirilir.
İnsan haqqları komitəsi. müahidə iştirakçısı olan dövlətlərin müahidə tərəfindən tanınan hüquqlarının həyata keçirilməsi istiqamətində gördükləri tədbirlər haqqında məruzələrini öyrənib təhlil edir.
İnsan haqqları komitəsi. ildə 3 sessiya keçirir və BMT-nin iqtisadi və Sosial Şurası xəttilə BMT Baş Məclisinə öz işi barədə illik hesabat verir.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 11 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+3 səs
1 cavab
...