+2 səs
136 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

İnkişaf məqsədli regional əməkdaşlıq

1 cavab var:

+1 səs
 
Regional iqtisadi təşkilat; iran, Pakistan və Türkiyə dövlət başçılarının 20-21.VII. 1964 il istanbul konfransının (Beynəlxalq konfranslar) qərarı ilə yaradılıb. Məqsədi - üzv ölkələrin daha çox öz ehtiyatları hesabına iqtisadi inkişafına nail olmaqdır. Bu məqsədlə sənaye, ticarət, nəqliyyat, rabitə, turizm, elm, texnika və mədəniyyət sahələrində regional əməkdaşlığı inkişaf etdirmək nəzərdə tutulur. Əsas diqqət sənaye sahəsində əməkdaşlığa yönəlir. Bu sahədə 50-dən çox layihə işlənib hazırlanmışdır. 1980 illərin sonunda bu təşkilat iqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) adı altında fəaliyyətə başlamışdır. SSRİ-nin dağılması ilə müstəqillik qazanmış respublikalardan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Azərbaycan bu təşkilata üzv olmuşlar. Təşkilatın katibliyi Tehrandadır.

Oxşar suallar

...