+3 səs
85 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

İnkişaf etməkdə olan dövlətlər hansılardı?

1 cavab var:

+1 səs
 
Öz iqtisadi inkişaflarını sürətləndirməyi və bundan ötrü lazımi beynəlxalq şəraitin yaradılmasını qarşılarına məqsəd qoyan Asiya, Afrika, Latın Amerikası və Okeaniya ölkələri. Bu istilah 1960 illərin əvvəllərində meydana gəlmiş və əhatəli xarakter daşıyır, İnkişaf etməkdə olan dövlətlər dedikdə, ikinci dünya müharibəsindən sonra müstəmləkə boyunduruğunu ataraq azad olmuş ölkələr (Müstəmləkə sistemi və onun dağılması), habelə bundan əvvəl müstəqillik qazanmış və ya öz mövcudluğunun bütün illərində istiqlaliyyətini qoruyub saxlamış bir sıra ölkələr başa düşülür.
Yer kürəsi əhalisinin təxminən 65%-i İnkişaf etməkdə olan dövlətlərdə yaşadığı halda, dünya sənaye istehsalının 10%-dən də azı və dünya ticarətinin cəmi 15%-i onların payına düşür. BMT-nin 1980 illərin sonuna olan məlumatına görə, İnkişaf etməkdə olan dövlətlərin əhalisinin 800 mln. nəfəri dilənçi vəziyyətində yaşayır. Onlarda adambaşına düşən gəlir inkişaf etmiş kapitalist ölkələrində olduğundan 11-12 dəfə azdır, 700-800 mln. adam savadsızdır, 1,5 mlrd, nəfər lazımi tibbi yardım ala bilmir. Daha az inkişaf etmiş ölkələrin əhalisi ciddi sosial-iqtisadi problemlərlə rastlaşır, acınacaqlı həyat sürür.
Sənaye cəhətdən inkişaf etmiş bir sıra dövlətlərin fəaliyyəti İnkişaf etməkdə olan dövlətlərin
iqtisadi və sosial inkişafına mənfi təsir göstərməkdədir.
İnkişaf etməkdə olan dövlətlər hazırda ədalətli iqtisadı münasibətlərin qurulması uğrunda mübarizələrini davam etdirirlər.

Oxşar suallar

+1 səs
1 cavab
+2 səs
1 cavab
+1 səs
3 cavab
soruşub 17 Yanvarda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
...